Pinqvinlər və potensial enerji–kinetik enerji çevrilməsi

İmperator pinqvinlərinin kürt yatdıqları dövr arktika qışıyla üst-üstə düşür. Erkək pinqvin yumurta üzərində kürt yatarkən, dişi puinqvin doğulacaq balası üçün qida axtarmağa gedər. Kürt yatma yeri ilə ən yaxın qida mənbəyi arasındakı məsafə bəzən 100 kilometrdən artıq olar. Ana pinqvin, bala yumurtadan çıxana qədər keçəcək 4 ay müddətində daim ətrafı dolanaraq balası üçün qursağında qida toplayar. Ana yumurtadan çıxan balanın baxımını üstünə götürdükdə, ata pinqvin xeyli müddət davam edəcək səfərə çıxar.


Ancaq burada insanı təəccübləndirən bir vəziyyət var. Pinqvinlər böyük bədənli olmalarına baxmayaraq, hərəkətlərini çətinləşdirəcək qədər kiçik qıçlara sahibdirlər. Bu isə normalda daha çox enerji sərf etmələrinə səbəb olacaq. Məhdud miqdardakı qida ilə uzunmüddətli səfərə çıxan pinqvinlər üçün belə vəziyyət qaçılmaz ölüm deməkdir.


Bəs onda mənfi hal kimi görünən bu vəziyyətə baxmayaraq, pinqvinlər kilometrlərlə məsafəni qət edib, dənizə çatmağı necə bacarırlar?
Bu sualın cavabı bir yaradılış möcüzəsini daha ortaya çıxarır.


Pinqvinlər sağa-sola yellənərək gedərlər. Kəfgir bənzəri bu maraqlı hərəkətin səbəbi olduqca əhəmiyyətlidir. Bu hərəkət sayəsində pinqvinlər enerjiyə əhəmiyyətli dərəcədə qənaət edirlər. Pinqvinlərin qıçları həddindən artıq qısadır. Ancaq pinqvinlər, yana doğru addımlar ataraq bu qısalığın yaratdığı mənfi halı dəf edər və əzələlərinin daha az yorulmasını təmin edərlər. Hətta hər addımın sonunda növbəti addım üçün enerji qazanarlar.


Əgər pinqvinlər yana doğru addımlar atmayıb düz yerisəydilər, onda öz ölçülərindəki bir heyvandan iki dəfə artıq enerji sərf etməli olardılar. Ancaq bu xüsusi yerimə forması sayəsində pinqvin yalnız yeriməyə başlayarkən enerji sərf edər, bir də dayanarkən. Məhdud qidasının dənizə çatmağa çalışan pinqvinə kifayət etməsi üçün, ən məqsədəuyğun üsul budur.


Əlbəttə ki, enerjiyə qənaət təmin edəcək asan bir yerimə formasını pinqvinin özü kəşf etməmişdir. Həmçinin bunu tək bir pinqvin deyil, bütün pinqvinlər də edirlər.


Ağır qış şəraitində yaşamalarını təmin edəcək bu asan yerimə formasını pinqvinlər ilk doğulduqları andan etibarən bilir və tətbiq edirlər. Bunun əksini etmələri ölümlərinə səbəb olacaq qədər ciddi nəticələr doğura bilər. Kəskin şaxtalarda pinqvinin ən az enerji sərf etməsi üçün nələr etməli olduğunu sınadığından və ən sonunda da bu yeriyiş formasını öyrənib bunu davam etdirməsindən söhbət gedə bilməz.

Pinqvinlərin bu yerimə formaları Allahın canlılar üzərindəki şəfqət və mərhəmətinin dəlillərindən biridir. Pinqvinləri yaradan və necə hərəkət edəcəklərini onlara ilham edən Allahdır. Allah bütün canlılara bənzərsiz surətlər vermiş və onları ən mükəmməl xüsusiyyətlərlə birlikdə yaratmışdır.

Geri