Nəticə

Bu saytı oxuduqdan sonra bir çox şeyə fərqli prizmadan baxmağa başlayacaqsınız. Yolda gördüyünüz bir qarışqa artıq sizin üçün adi bir canlı deyil. Çünki artıq onun "qarışqa turşusu" istehsal edən məharətli bir kimyagər olduğunu bilirsiniz. Böcəklərin və ya kəpənəklərin bir-birlərinə xüsusi mesajlar daşıyan qoxular göndərdiklərini, balıqların mükəmməl hissetmə sistemi vasitəsilə özlərini qoruya bildiklərini bilirsiniz. Bütün bunlar əslində Allahın, Öz sonsuz qüdrət və sənətini göstərmək üçün bu kitab vasitəsilə, sizə verdiyi xüsusi bir elmdir. Bu elm, ətrafınızdakı gözəllikləri və möcüzələri daha yaxından görməyinizi və bütün bunlar üzərində düşünməyinizi təmin edəcək.


Bəs bütün bu gözəlliklər və möcüzələri görməyin və bunlar üzərində düşünməyin sizə nə faydası var?
Bunlardan düşündüyünzdən daha böyük fayda götürəcəksiniz.


Əvvəlcə gündəlik həyatınızda sizə demək olar ki, hər fürsətdə verilməyə çalışılan bir təlqin var: Canlıların təkamül keçirdiyi təlqini! Ətrafınızdakı iman həqiqətlərini görmək, hər yerdə həqiqətən də heyranlıq oyandıran sənət əsərləri ilə qarşılaşmaq, təməli yalnız təsadüflərə əsaslanan təkamül nəzəriyyəsinin əsassızlığını anlamağınıza səbəb olacaq.


Bəs bunu anlamaq sizə nə qazandırar?
Təkamül nəzəriyyəsinin əsassızlığını anlamağınız, yaradılışı inkar etmək üçün göstərilən bütün səylərin (bütün imkanların səfərbər edilməsinə baxmayaraq) nə qədər boş və ağılsız olduğunu, heç vaxt da bir nəticə verməyəcəyini görməyinizə səbəb olar.
Ətrafınızdakı dizayn nümunələrini kəşf edərək əldə edəcəyiniz ikinci qazanc isə, sizə təqdim olunan gözəlliklərdən zövq almağa başlamağınız olacaq. Gündəlik işlərinizə ayırdığınız darıxdırıcı həyatınız, ətrafınızdakı şeylərin mükəmməlliyini gördükcə gözəlləşəcək və məna qazanacaq. Hər gün görüb üstündən keçdiyiniz şeylər, bu baxış prizmasını qazanmağınızla birlikdə, "adi" olmaqdan çıxacaq və sizin üçün böyük həyəcan və coşğu vəsiləsi olacaq.


Bunlar sizin başlanğıcda qarşılaşacağınız nemət və gözəlliklərdir.
Bütün bunlardan savayı, malik olduğu dizaynı öyrəndiyiniz və üzərində düşünüb təfəkkür etdiyiniz "tək bir canlı" sizə elə bir qazanc gətirəcək ki, bunu dünyadakı hər hansı bir dəyərlə müqayisə etmək qeyri-mümkündür. Bir qarışqanın fövqəladə kimya laboratoriyasına sahib olduğunu öyrəndikdən sonra, əslində olduqca böyük və əhəmiyyətli bir həqiqətlə qarşılaşarsınız: Bu canlının bədənində gizli bir "ağıl" hakimdir. Hər hissəsində insanın zəkası, biliyi və təcrübəsi ilə əldə edə bilməyəcəyi "qüsursuzluq" və mükəmməllik hakimdir. Hər hissəsi o qədər mürəkkəb strukturlara və sistemlərə malikdir ki, nəinki bənzərlərini yaratmaq, təkcə bunlardakı sirləri açmaq belə bəşəriyyət tarixinin əldə etdiyi minlərlə illik texnologiya və bilik nəticəsində mümkün olmuşdur. Üstəlik, canlılarda hələ müasir elm və texnologiyanın belə kəşf etmədiyi bir çox möcüzələr gizlənmişdir. Nəticə etibarilə siz, canlılardakı bu mükəmməl yaradılış nümunələrini kəşf etdikcə Allahın varlığını, sonsuz və üstün sifətlərini daha yaxından müşahidə edəcəksiniz.


Bu çox mühüm həqiqəti də görəcəksiniz ki; siz də boşuna yaradılmamışsınız. Yer üzündə olmağınızın bir məqsədi var. Deməli, yer üzündəki hər şey (siz də daxil olmaqla) bu əhatəli yaradılışın bir hissəsi olduğuna və sizə bütün bunları anlayacaq bir ruh və anlayış da verildiyinə görə, siz də bunları verən Allaha qarşısında məsuliyyət daşıyırsınız. Tək bir qarışqa nümunəsinə baxaraq, biləcəyiniz bu nəticə məhz sizin üçün ən böyük faydadır. Artıq bundan sonra yer üzündə Allahın əsərlərini, yaratmasındakı möcüzələri seyr edəcək, bütün bunlardan zövq alacaq, ətrafınızdakı insanları deyil, yalnız Allahı razı salmağa çalışacaqsınız. Dolayısilə dünyaya məxsus narahatlıq və çətinliklərin təsiri altında qalmayacaqsınız. Tale həqiqətini qavrayacaq, axirətə iman gətirəcək və dünya həyatının yalnız imtahan üçün yaradıldığını anlayacaqsınız. Dünya həyatından gözlənilə biləcək hər şeyin, nəfsi tərifləyib ucaltmağın, ehtiraslara qapılıb qəzəblənmənin sizə heç bir fayda verməyəcəyini anlayacaqsınız. Yaşanılacaq əsil yerin yalnız və yalnız "axirət" olduğunu böyük həyəcanla görəcəksiniz.
Gördüyünüz bu həqiqət, bu dünyadakı həyatınızı sonsuz axirət həyatı əsasında qaydaya salmağınızı təmin edəcək. Axirətə yönəldiyiniz və bunun üçün Allaha inanıb Onu razı salmağa çalışdığınız müddətcə, sizə bənzərsiz gözəlliklərə və tükənməyən nemətlərə sahib cənnət vəd edilmişdir. Orada 100 il deyil, 1000 il deyil, 1 milyon il deyil, "əbədiyyən" qalacaqsınız. Sizə əbədi gözəlliklər, nemətlər təqdim ediləcək, nəfsinizin istədiyi "hər şey" əbədiyyən sizin olacaq. Hər şeydən əhəmiyyətlisi orada sizi gözləyən ən böyük qarşılıq, Rəbbimizin rizası olacaq.


Məhz qarşılaşdığınız tək bir qarışqa üzərində bir qədər düşünmək belə, bu böyük həqiqəti qavramağınızı və həyatınızı bu həqiqətlər əsasında qaydaya salıb bunun nəticəsində sonsuz mükafatı qazanmağınızı təmin edə bilər. Dünyada olarkən bu həqiqəti görmək insana sonsuz fayda gətirir. Xəbərdar olmaq və ya bu böyük həqiqəti görməzlikdən gəlmək və təkəbbürlənmək isə, qətiyyən geri dönüşü olmayan böyük peşmançılığın başlanğıcı olacaq.

 

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)

Geri