Təbiətdəki mexanika mütəxəssisləri

Canlıların bədənlərində bir çox mexaniki dizayn mövcuddur. Bu hissədə gözlə görülməyəcək qədər kiçik olan hüceyrələri hərəkət etdirən kirpiklərin ətraflı quruluşu, həssas canlılar olmalarına baxmayaraq, güvələrin, kəskin şaxtalarda yaşamalarını təmin edən xüsusi sistemlər, gekkon kərtənkələsinin ayaqlarındakı düz divara dırmanmasını təmin edən qüvvə kimi, canlılardakı mexanikaya aid bəzi xüsusiyyətlər araşdırılacaq.


Mikro ölçüdəki bir kipriyin, ancaq bir-birinə bağlanıldığı təqdirdə işləyən əlaqəli hissələrin və ya qış güvələrindəki (lat. cuculiinae) çox mərhələli dizaynın araşdırılmasındakı məqsəd; təsadüflərin belə mükəmməl strukturlar yaratmasının qeyri-mümkün olduğunu yenidən göstərməkdir.
Canlıların yaşadıqları mühitə uyğun strukturları və göstərdikləri ağıllı davranışlar, Allahın ehtişamlı sənətini bizə göstərir. Allah hər cür yaratmağa qadirdir.

 

Qış güvələrindəki istilik sistemi

Mərkəzi Asiya, Sibir, Şimali Avropa kimi bölgələrdə qış fəsli olduqca ağır keçir. Yemək qıtlığı və soyuq hava şəraiti, bir çox canlının ölməsinə səbəb olur. Ancaq bəzi canlılar bölgədəki çətin hava şəraitinə baxmayaraq, yaşamağı bacarırlar. Bu canlılar içində ən təəccüb oyandıranı, şübhəsiz ki, güvələrdir.
Olduqca həssas canlılar olan güvələr bu çətin işi necə bacarırlar? Bu sual bizi bu canlıların bədənlərindəki mükəmməl isitmə sistemini araşdırmağa yönəldəcək.

 

Dözümlü qış güvələri

Bir çox güvə növü qışda ölür. Buna baxmayaraq, sərt qış aylarında belə yaşayan bəzi növlər var.
Məsələn, noctuidae ailəsinin cuculiinae yarımqrupuna daxil 50-yə qədər güvə növü, qış şəraitində yaşaya bilən növlərdir. Bundan ötrü də, cuculiinae güvələri "qış güvələri" olaraq da adlandırılırlar.


Qış güvələri həmcinslərinin tam əksi bir həyat siklinə malikdirlər. Bu canlıların tırtılları yazın əvvəllərində ağacların tumurcuqlarını yeyərək qidalanır, yay boyunca da hərəkətsiz qalırlar. Payızın sonunda və ya qış aylarında yetkinləşirlər. Soyuq qış günlərində qidalanır, cütləşir, yaranacaq yeni nəsil üçün yumurtalarını qoyurlar.


Qış güvələrinin bu maraqlı həyat sikllərini araşdıran elm adamları həm təəccüblü, həm də düşündürücü nəticələrlə qarşılaşmışdırlar.
Əvvəlcə bu canlılar yaşaya bilmək üçün uçmalıdırlar. Ancaq uçmaq üçün qanadlarının yerləşdiyi döş qəfəsi nahiyələrindəki temperatur 30 dərəcə C olmalıdır. Halbuki güvələrin yaşadıqları ərazidə temperatur ümumiyyətlə 0 dərəcə C hətta bundan da aşağıdır.


Elm adamları bununla da; "qış güvələrinin soyuğa baxmayaraq, necə yaşaya bildikləri" sualının cavabını axtarmağa başlamışdırlar. Bu canlılar hərəkətsiz qaldıqları vaxt, niyə donmurlar? Soyuğa baxmayaraq, uçmağı, qidalanmağı və çoxalmağı necə bacarırlar?
Məhz bütün bunları araşdıran elm adamları qış güvələrinin mühəndislik möcüzəsi olan bir isinmə sisteminə sahib olduqlarını kəşf etmişdirlər. Olduqca həssas planlaşdırma və üstün dizayn məhsulu olan bu sistem, bir-birini tamamlayan mürəkkəb mərhələlər sayəsində meydana gəlmişdir.

 

I Mərhələ: Titrəyən qanadlar sayəsində isinmə

Qış güvələrinin bədənlərindəki təməl əzələlər qanadlarına bağlıdır. Güvələr uçmadan əvvəl bu əzələlərini fasiləsiz surətdə yığaraq qanadlarını titrədərlər. Bu əməliyyat böcəyin döş qəfəsi nahiyəsindəki temperaturun yüksəlməyə başlamasını təmin edər. Güvənin döş qəfəsi nahiyəsindəki temperatur bu titrətmə texnikası sayəsində 0 dərəcə C-dən 30 dərəcə C-yə, hətta daha yüksək səviyyələrə çata bilir.
Burada diqqət yetirilməli bir xüsus var: əzələ titrətmə hərəkəti sinir sisteminə bağlı olaraq baş verir. Bu da güvələrin sinir sisteminin olduqca aşağı temperaturda belə hərəkətə keçə biləcək qədər üstün xüsusiyyətlərə sahib olması deməkdir. Güvələrin bacardıqları işin əhəmiyyətini daha yaxşı anlamaq üçün, qarlı və soyuq günlərdə avtomobil mühərriklərini işə salmaqda necə çətinlik yaşandığını düşünmək kifayət edəcək.


Qış güvələri hava temperaturunun 0 dərəcə C-yə yaxınlaşdığını müəyyənləşdirdikləri vaxt, titrəməyə başlayarlar. Bəzi hallarda -2 dərəcə C kimi daha aşağı temperaturda belə titrəməyə başladıqları görülər. Yarım saatdan artıq davam edən qanad hərəkəti nəticəsində uçuş üçün lazımi temperatur əldə olunar.


Elm adamları əvvəlcə güvələrin bu müvəffəqiyyətinin sahib olduqları maddələr mübadiləsindən qaynaqlandığını düşünüb bu mövzuda araşdırmalar aparıblar. Bu məqsədlə qış güvələrinin dincəldikləri, bədənlərini titrətdikləri və uçduqları vaxtlardakı maddələr mübadiləsi sürətlərini ölçmüşdürlər. Ancaq əldə olunan nəticələr eyni çəkidəki bir çox güvə növündəki nəticələrlə təqribən eyni çıxmışdır. Beləliklə güvələrin isinmələrinin maddələr mübadiləsi sürətləriylə əlaqədar olmadığı aydın olmuşdur. Bu vəziyyət mühüm bir mövzunu ortaya çıxartmışdır: Qış güvələrində yalnız bu növə məxsus isinmə sistemi var.

 

II Mərhələ: Qoruyucu sığınacaq tapılır

Qış güvələri üzərində əvvəlcə onların yaşadıqları mühitin rütubət və istiliyi barədə araşdırmalar aparılmışdır. Çünki qış güvələrində donma prosesi bədəndə əmələ gəlməyə başlayan buz kristalları ilə başlayır. Quru mühitlərdə isə güvələrin donma temperaturu olduqca aşağı enir. Buna görə də, güvələrin özlərini buzdan və ani temperatur azalmalarından qoruyacaq sığınacağa ehtiyacları var. Güvələr bu sığınacağı necə tapırlar?


Çöldə havanın temperaturu -30 dərəcə C yaxın olduğu halda, yeri örtən yarpaq təbəqəsinin altındakı temperatur -2 dərəcə C-dən aşağı düşməz. Qış güvələri də temperatur -2 dərəcə C-dən aşağı enməyə başlayanda, havanın temperaturu yaşamalarına imkan verəcək dərəcəyə çatana qədər yorğan funksiyası yerinə yetirən yarpaqların altına gizlənərlər. Bundan sonra güvələrin yaşaması üçün bədənlərindəki digər sistemlər fəaliyyətə keçər.

 

 

III Mərhələ: Qış güvələrindəki təbii antifriz mexanizmi

Əksəriyyətimiz avtomobillərdə suyun donmaması üçün istifadə etdiyimiz antifrizləri tanıyırıq. Ancaq bəzi canlıların bədənlərində də antifriz bənzəri kimyəvi maddələr olduğundan az insan xəbərdardır.
Bəzi canlılar bədənlərindəki spirt tərkibli təbii antifrizlər sayəsində kəskin şaxtalardan qorunarlar. Necə ki, təbii antifrizin bəzi mənfi yan təsirləri var. Bu maddələrin ən əhəmiyyətli xüsusiyyəti zəhərləyici olmaları və keylik vermələridir.
Bundan ötrü də, təbii antifrizlər canlıların bədənlərində baş verən bir sıra biokimyəvi proseslər nəticəsində daha az zəhərləyici kimyəvi maddələrə çevrilərək istifadə edilərlər. Ancaq bu çox ləng gedən bir prosesdir. Xüsusilə heyvanın bədən temperaturu aşağıdırsa antifrizin səbəb olduğu keyliyin yox olması daha da uzun çəkər.


Qış güvələri də antifriz mexanizminə sahib canlılardandır, ancaq digər canlılara nisbətən daha az miqdarda antifriz işlədirlər.

 

 

Xüsusi tənzimlənmiş antifriz miqdarı

Güvələrdəki antifriz miqdarının həssas ölçüyə sahib olmasının səbəbi budur: Havanın uçuş üçün lazımi dərəcəyə çatan kimi, qış güvəsi dərhal hərəkətə keçməlidir. Halbuki antifrizə bulanmış bir canlının tamamilə özünə gəlməsi üçün, o, olduqca uzun müddət gözləməlidir. Məhz bundan ötrü də, güvələrdəki antifriz miqdarı digər canlılara nisbətən daha azdır.,
Bu miqdar elə tənzimlənmişdir ki, temperatur təhlükəli həddə endikdə güvənin daha isti bir yer tapacaq qədər vaxt qazandırar. Notre Dame Universitetindən John G. Duman, apardığı sınaqlarda, buzsuz mühitdə bədən temperaturu çox yavaş şəkildə azaldılan güvənin, donma temperaturunun -22 dərəcə C-yə qədər endiyini müəyyənləşdirmişdir.


Güvələrdəki bu mükəmməl sistem necə əmələ gəlmişdir? Antifrizin formulunu kim müəyyənləşdirmişdir? Antifrizin miqdarı necə tənzimlənir? Bütün qış güvələrində digər canlılardan daha az miqdarda antifriz necə ola bilər?


Güvənin mürəkkəb kimyəvi maddə olan təbii antifrizin formulunu bilməsi və onu tam lazım olduğu miqdarda öz bədənində hazırlaması qeyri-mümkündür. Kimyəvi maddə əldə etmək, antifrizin zəhər təsirini yox etmək və daha bir çox mərhələ üçün ayrı-ayrı mühəndislik məlumatlarına ehtiyac var.


Qış güvəsi kimya mühəndisi deyil, ancaq bütün bunları asanlıqla edər. Üstəlik, hər dəfə bütün soyuq hava şəraitlərində bu mexanizmləri işə salar. Bunu edərkən hər hansı kömək almaz. Hər hansı kitab oxumaz, təcrübə aparmaz. Güvə, yalnız bunları bilir və tətbiq edir. Bəs onda güvə bu məlumatlara necə sahib olmuşdur?


Güvənin mühəndislik məlumatlarına öz-özünə sahib olduğu kimi bir iddia, əlbəttə ki, ağılsız olar. Bir insan öz-özünə, heç bir səbəb olmadan kimya mühəndisi ola bilməz. Bu bir güvə üçün isə, qəti olaraq qeyri-mümkündür.


Belə mürəkkəb sistemin təkamülçülərin irəli sürdükləri kimi mərhələli şəkildə, təsadüflərin təsiriylə əmələ gəlmiş olması da qeyri-mümkündür. Bunun bir çox səbəbi var. Təkcə biri üzərində düşünmək belə, bu iddianın nə qədər məntiqsiz olduğunun başa düşülməsinə kifayət edəcək.


Əvvəlcə təbii antifrizin hazırlanma formulunda səhvə yol verilməsi güvə üçün ölüm deməkdir. Güvələrin işlətdikləri antifrizlərin müəyyən formulu, eləcə də, bədəndə olması lazım olan müəyyən miqdarı var. Dolayısilə antifrizin hazırlanmasına prosesinə də xüsusi nəzarət lazımdır. Güvələrin bədənində bu maddədən digər canlılardakı qədər olsa, bu miqdar güvələr üçün öldürücü olacaq. Şüursuz təsadüflərin isə, nəinki özünəməxsus funksiyaya malik bir molekulun formulunu bilib bunu əmələ gətirmələri, bu formulu meydana gətirən molekullardan tək birini belə meydana gətirmələri qeyri-mümkündür. Üstəlik, bu kor-koranə təsadüflərin mövcud bir molekulun canlının tam ehtiyacı ölçüsündə, nə az, nə də çox əmələ gətirilməsini tənzimləmələri qeyri-mümkündür.


Güvənin ilk soyuq hava şəraiti ilə üzləşdikdə bu maddənin təsadüfən əmələ gəlməsini gözləyəcək vaxtı yoxdur. -20 dərəcə C-yə qədər enən şaxtalı havalar bu həssas canlıların çox qısa müddətdə ölməsinə və bu növün yox olmasına səbəb olar.


Dolayısilə ilk yaranan güvədə də, bugünkü güvələrdə olan bütün xüsusiyyətlərin hamısının mövcud olması zəruridir. Bütün bunlar güvələrdəki dizaynı, şüursuz təsadüflərin deyil, mükəmməl yaradılış ilə Allahın yaratdığını açıq şəkildə göstərir. Allah Quranda belə buyurur:

 

Allah, hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 3)

 

 

IV  mərhələ: Enerji istifadəsinin nizamlanması

Soyuq havalarda çətinlik çəkən qış güvələrinin olduqları mühitdə mövcud olan ən isti yerə sığındıqları düşünülə bilər. Lakin, bu yanlış bir fikir olacaq. Çünki güvələr gizlənəcəkləri yerləri seçərkən də, olduqca şüurlu şəkildə hərəkət edirlər. Necə ki, aparılan araşdırmalarda bu canlıların həddən artıq qaranlıq və isti sığınma yerlərindən qaçdıqları görülmüşdür. Bunun səbəbi istifadə etdikləri enerji miqdarını tənzimləməkdir.


Qış güvəsinin dincəldiyi vaxtda isttifadə etdiyi enerji miqdarı bədən temperaturu ilə birbaşa əlaqəlidir. Bədən temperaturu nə qədər aşağıdırsa, güvənin istifadə etdiyi enerji miqdarı da o qədər az olar. Bundan ötrü də, güvələr ən az enerji sərf edəcək qədər soyuq, amma eyni zamanda yaşamalarını təmin edəcək qədər də isti mühitləri seçərlər. Beləliklə də, bədənlərindəki enerji mənbələrini ən balanslı şəkildə istifadə etmiş olarlar.


İstirahət halındakı qış güvələrində enerji mübadiləsin ölçmə işləri güvələrdəki bu enerji tarazlığını açıq şəkildə göstərir:
Məsələn, 6 qram bitki şirəsi ilə doyuzdurulan bir qış güvəsi, -3 dərəcə C hava temperaturunda 193 gün ərzində istirahət halında qala bilmişdir. Temperatur üç dərəcə yüksəldildiyi vaxt, yəni 0 dərəcə C olduqda bu yanacaq yalnız 24 gün kifayət etmişdir. 10 dərəcə C temperaturda isə, enerji ehtiyatları yalnız 11 gün kifayət edir.
Göründüyü kimi güvələrin etdikləri seçim olduqca məqsədəuyğun və ağıllıdır. Bu, yadda saxlanılmalı mühüm bir xüsusdur.

 

V mərhələ: Qış güvələrindəki xüsusi istilik izolyasiya sistemi

Məlum olduğu kimi isti mühitdən soyuq mühitə doğru daimi istilik axını baş verir. Bundan ötrü də, qış güvəsinin uçmaq üçün təkcə bədən temperaturunu yüksəltməsi kifayət deyil. Çünki böcəyin yüksək bədən temperaturu ilə, çöldəki aşağı hava temperaturu arasındakı fərq, istilik itkisinin sürətlənməsinə gətirib çıxardacaq. Dolayısilə qış güvəsinin uça bilməsi, eləcə də, yaşaya bilməsi üçün əmələ gətirdiyi temperaturu yerində saxlaya biləcək bir üsula da ehtiyacı var. Güvənin bu ehtiyacı da yenə bədənindəki mükəmməl dizayn sayəsində ödənilmişdir.

 

 

Qış güvəsi istiliyi izolyasiya edə bilərmi?

Soyumağa qarşı ən effektli metod izolyasiyadır. Xüsusilə soyuq iqlimlərdə binalardakı istilik izolyasiyası böyük əhəmiyyət daşıyar. Binaların xarici hissələrində, şüşələrində və damlarında istilik itkisini ən az səviyyəyə endirəcək texnologiyalardan istifadə edilir. Eynilə qış güvələrində də istilik itkisini azaldan izolyasiya tərtibi var. Bu mükəmməl sistem güvələrin bədənlərini bürüyən sıx pulcuğa bənzər örtük təbəqəsidir.


Vermont Universitetindən zoologiya professoru Bernd Heinrich apardığı təcrübələr nəticəsində pulcuğa bənzər örtük təbəqəsinə malik olmayan güvənin bədəninin, malik olanlara nisbətən daha sürətlə soyuduğunu müəyyənləşdirmişdir. Prof. Heinrich bu örtük təbəqəsinin istiliyi nə qədər tuta bildiyini müəyyənləşdirmək üçün də bir təcrübə apardı. Təcrübədə qoruyucu örtüklə örtülmüş və bu örtüyü tökülmüş güvələrin, bir tunelə ötürərək üzərlərinə növbə ilə müxtəlif şiddətlərdə əsən küləklər buraxmışdır. Bu yolla güvələrin bədənlərinin soyuma sürətlərini ölçmüşdür. Nəticədə 7 m/san sürətlə əsən külək qarşısında (belə ki, bu təxminən güvənin uçduğu vaxtkı sürətinə bərabərdir) qoruyucu təbəqəsi olmayan güvələrin bədənlərinin digərlərindən 2 qat sürətli şəkildə soyduğunu görmüşdür.


Nəticə etibarilə, bu təbəqə güvələr üçün əhəmiyyətli təchizatdır; lakin yenə də ehtiyaclarını ödəmək üçün tam da kifayət deyil. Çünki qış güvələri rütubətin olduğu mühitlərdə ancaq -2 dərəcə C-yə qədər yaşaya bilirlər. Bu, onların standart donma temperaturudur. Ancaq daha əvvəl də bildirildiyi kimi, yaşadıqları bölgədəki temperatur -20 dərəcə C-yə və daha aşağı da düşə bilir. Əlbəttə ki, belə soyuq bir mühitdə pulcuğa bənzər təbəqənin qoruyucu funksiyası kifayət etmir. Bu vəziyyətdə güvə yeni bir sistemə daha ehtiyac duyur.
Bu məlumatlara əsaslanan elm adamları qış güvələrinin isinmə sistemlərini daha da ətraflı araşdırmağa başlamışdırlar.

 

 

İsinmə sistemindəki mükəmməl dizayna bir dəlil daha

Uçuş vaxtı hava temperaturunun sıfırdan aşağı olduğu düşünülsə, qış güvəsinin həll etməli olduğu bir problem daha var. Güvə, döş qəfəsi nahiyəsinin temperaturunu sabit saxlamaq üçün qanadlarını titrədəcək. Ancaq güvə, yaranan istiliyi bir tərəfdən itirəcəyinə görə, qətiyyən lazımi istiliyə nail ola bilməyəcək. Bu vəziyyətdə güvə titrəmək üçün bütün enerjisini itirəcək, sonunda isə öləcək. Ancaq yarana biləcək bu vəziyyətin əksinə, qış güvəsi yaşamağa davam edər, çünki bədənindəki sistemlər hər problemin öhdəsindən gələcək mükəmməllikdəki dizayna malikdir.


İstiliyin döş qəfəsin nahiyəsindən başqa, bədənin daha soyuq nahiyələrinə yayılmasının qarşısını alan bu sistem, güvənin döş qəfəsi nahiyəsinin temperaturunu sabit saxlayır, ideal izolyasiya vasitəsi kimi funksiya yerinə yetirir.
Massaçusets, ABŞ Silahlı Qüvvələri Ekoloji Tibbi Araşdırmaları İnstitunda (United States Army Research Institute of Environmental Medicine) vəzifəli Corc R. Silver mövzuyla əlaqədar bir sıra iş etmişdir.


Silver, infraqırmızı kameralarla bu böcəklərin müxtəlif fotoşəkillərini çəkmiş və yaydıqları istilik səviyyələrini müşahidə etmişdir. Şəkillər isinmə, uçuş və uçuşdan sonrakı soyuma vaxtı qış güvələrinin qıçlarının, qanadlarının və qarın nahiyələrinin çox az isindiyini və ya heç isinmədiyini göstərmişdir.


Corc Silverin araşdırmaları qış güvələrindəki digər bir yaradılış möcüzəsini daha gün işığına çıxartmışdır: Güvələrdəki bu mexanizm, baş və qarın nahiyəsinə istilik axımını gecikdirən, eləcə də, ayaqlarla qanadlar kimi uc nahiyələrə istilik axının tamamilə qarşısını alan izolyasiya sistemidir. İstiliyin döş qəfəsi nahiyəsindən başqa bədənin daha soyuq digər nahiyələrinə yayılmasının qarşısını alan bu dizayn sayəsində güvə, özü üçün həyati əhəmiyyəti olan döşı qəfəsi nahiyəsinin temperaturunu sabit saxlayır.


Ancaq burada ağla mühüm bir sual gələcəkdir. Titrəşmə nəticəsində uçmağa başlayan bir qış güvəsinin qarın nahiyəsinin temperaturu orta hesabla 2 dərəcə C artdığı halda, döş qəfəsi nahiyəsinin temperaturundakı artım isə 35 C dərəcə-yə çatır.


Bəs bu izolyasiya sistemi, bir-birindən bir və ya iki millimetr uzaqlıqdakı qarın və döş qəfəsi nahiyələri arasındakı 30 dərəcə C-ni keçən bu temperatur fərqini necə sabit saxlayır?


Bu sualın cavabı da güvənin qan dövranı sistemindəki heyranlıq oyandıran başqa bir dizaynda gizlənmişdir.

 

 

Qış güvələrinin fərqli bədən quruluşları

Qan, bütün güvələrdə tək bir damarda, qarından döş qəfəsinə, buradan da başa doğru axar və bu əsnada isinər. Qayıtdıqda isə toxuma içindən süzülər. Bununla yanaşı, qış güvələrinin anatomiyası digər güvələrdən, məsələn, yay güvələrindən fərqlidir. Qış güvələrinin soyuq havalarda yaşamasını təmin edən də məhz bu dizayn fərqidir.


Qış güvələrinin quyruğu boyu uzanan damar, qan dövranı sisteminin ürək və aorta hissəsini təşkil edir. Quyruğun üst tərəfində uzanan bu hissə, qarın nahiyəsinə yaxınlaşdıqda 90 dərəcə bükülərək aşağı doğru uzanır. Daha sonra döş qəfəsi ilə qarının birləşdiyi yerin altından bu nahiyyəyə daxil olar. Qan dövranı sisteminin buraya qədər yerləşən hissəsində axan qan soyuqdur.


Qarın nahiyəsinə daxil olan damardakı qan, buradakı əzələlərin sıxılmaları nəticəsində isinər. Artıq qarından gələn və döş qəfəsinə doğru uzanan damarın içindəki qan isinmişdir. Qarınla döş qəfəsinin birləşdiyi tərəfdə damar təxminən V formasındadır. Bu formanın sol qoldakı qan soyuq, sağ qoldakı qan isə istidir.


Normalda, yuxarı çıxan sağ qoldakı qanın istiliyi soyuq qanın hərəkət etdiyi quyruq hissəsinə keçməlidir. Ancaq qış güvəsi, eşitmə orqanı sayəsində ölümünə səbəb olacaq belə vəziyyəti əsla yaşamaz.


Güvənin eşitmə orqanı, damarın V formasını aldığı qıvrımın tam ortasında yerləşir. Bu orqan isinmə sistemindəki üstün dizayn nümunələrindən biridir.


Heyvanın eşitmə orqanı, hava kameralarının içindədir. Bu kameralar istiliyi mükəmməl  şəkildə izolyasiya edirlər. Bu xüsusiyyətlərindən ötrü kameraları ikiqat şüşəli pəncərəyə bənzətmək olar. Bu kameralar xarici mühitlə daxili mühit arasındakı istilik axınının qarşısını alar və beləliklə də, isti döş qəfəsi nahiyəsi ilə soyuq quyruq nahiyəsi arasında bir növ sədd meydana gətirərlər.
Nəticədə quyruq nahiyəsi, qarın nahiyəsinin istiliyini qəbul edə bilməz. Həmçinin qulaqdakı hava kameraları ilə yanaşı, sistem, əlavə izolyasiya təmin edən hava kisəcikləriylə də dəstəklənmişdir.


Buraya qədər qeyd etdiklərimiz güvələrdəki isinmə sisteminin yalnız bir hissəsidir. Ancaq bu xüsusiyyətlər belə təkamül nəzəriyyəsinin "təsadüf" açıqlamalarına çox açıq zərbə endirir. Mükəmməl mühəndislik məlumatıyla hərtərəfli dizayn olunmuş bu sistem olduqca mürəkkəbdir. Mərhələ-mərhələ işləyən bu sistemin formalaşması təsadüfi mutasiyalarla, öz-özünə yaranma kimi xəyali iddialarla açıqlana bilməz. Bu sistemin işləməsi üçün, o, tam şəkildə bütün təfərrüatları ilə birlikdə əmələ gəlməlidir.


Güvənin eşitmə orqanının tam yerində olmalı və bir sədd meydana gətirməlidir ki, güvələrdəki istilik izolyasiyası tam olaraq təmin edilsin və lazımi nahiyələr isinsin. Antifriz tam lazımi miqdarda və xüsusiyyətlərdə olmalıdır ki, güvə hərəkətə keçməyə vaxt qazansın. Güvənin sinir sistemləri və əzələləri eyni anda hərəkət etməlidir ki, güvələr titrəşən qanadları sayəsində isinə bilsin.


Bütün bunlar təsadüflərlə açıqlanması qətiyyən mümkün olmayan sistemlərdir. Güvələrdəki bu dizayn, Allahın canlıları nə qədər qüsursuz yaradılışla yaratdığını göstərən saysız dəlildən yalnız biridir.
Bu dəlilləri görən insan düşünməli və Allahdan başqa heç bir tanrı olmadığına yenidən qənaət gətirərək həyatını Allahı razı salacaq şəkildə davam etdirməlidir. Allahın sonsuz gücü və şəninin ucalığı ayələrdə belə bildirilir:

 

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. Hər şeyi ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 26-27)

 

 

Güvələrdəki "əks axınlı istilikdəyişdirici"ləri

Qış güvələrindəki qan dövranı sistemini araşdırmağa davam etdiyimiz vaxt, başqa təəccüblü strukturlar qarşımıza çıxar. Bu həşəratlarda quyruq ucundan başlayan və tam hava kisəsinin altına qədər uzanan damar hissəsində axan qan soyuqdur. Damarın hava kisəsinin tam altında yerləşən hissəsi V hərfinin aşağı uc hissəsini meydana gətirər. Damar burada xüsusi bir toxumanın içindən keçər. Bu toxumada da damardakı kimi bir qan axımı mövcuddur. Ancaq damardakı qan soyuq olduğu halda, toxumadakı qan döş qəfəsi nahiyəsindən gələn isti qandır.


Bu vəziyyətdə nəzəri cəhətdən isti qandan, soyuq qana doğru ikinci istilik nəqlinin baş verməsi gözlənilə bilər. Belə istilik nəqlində isə döş qəfəsi nahiyəsindəki temperatur, qan dövranı sistemi vasitəsilə quyruq nahiyəsinə yayılacaq və güvə, nə qədər titrəyirsə titrəsin əsla uçuş üçün lazımi temperatura nail ola bilməyəcək. Həmçinin hava kisəciklərinin istiliyi izolə etmə xüsusiyyəti də heç bir işə yaramayacaq.


Ancaq bütün bu mənfi hallar qətiyyən yaşanmaz. Çünki qış güvələrinin həyatı üçün lazımi istilik ehtiyaclarının hamısı, bioloji mühəndislik möcüzəsi ilə tənzimlənmişdir. Məhz bu tənzimləməni təmin edən sistem; "əks axınlı istilikdəyişdiricisi" adlanır.
Bir əks axın istilik dəyişdiricisində, bir-birinə bitişik olan fərqli kanallardakı iki maye (və ya qaz) bir-birlərinin əksi istiqamətində axarlar. Bir kanaldakı maye digər kanaldakından daha istidirsə, istilik, isti mayedən soyuq mayeyə keçər.


Güvə də iki ədəd istilikdəyişdiricisinə sahibdir. Bunlardan ilki “qarın istilik dəyişdiricisi”dir. Bu istilik dəyişdiricisi adından da görüldüyü kimi qarında, hava kisəsinin tam altında yerləşir. Qarın istilikdəyişdiricisində, damardakı soyuq qanla toxumadakı isti qan bir-birlərinə əks istiqamətlərdə axır.


Soyuq qan qarından döş qəfəsi nahiyəsinə doğru axarkən, eyni mühitdə isti qan döş qəfəsi nahiyəsindən qarın nahiyəsinə doğru axır. Bu axın istiqaməti, istiliyin toxumadan damara, oradan da döş qəfəsi nahiyəsinə keçməsinə səbəb olur. Beləliklə də, döş qəfəsi nahiyəsindən yayılan istilik, döş qəfəsi nahiyəsinə daxil olan soyuq qana keçir. Bu sayədə döş qəfəsi nahiyəsindəki istiliyin qarın nahiyəsinə keçməsinin mütləq şəkildə qarşısı alınır.


Qarın nahiyəsindən çıxan qan damarı isə döş qəfəsi nahiyəsinə daxil olur. Burada "döş qəfəsi istilikdəyişdiricisi" adlanan ikinci bir istilik dəyişdiricisi yerləşir. Damar, qarının altından döş qəfəsinə daxil olar. Dərhal sonra döş qəfəsinin yuxarı nahiyəsinə, yəni kürəyə doğru uzanar. Burada U formasında kəskin dönərək yenidən döş qəfəsinin altına doğru uzanar. Damarın buradakı forması, qolları bir-birinə bitişik "n" hərfinə oxşayır. Damardakı bu qıvrımın yerləşdiyi hissə döş qəfəsi istilikdəyişdiricisini meydana gətirər. Damarın qıvrım hissəsini təşkil edən qolları bir-birinə çox yaxın olduğundan, iki qol arasındakı istilik fərqi minimuma endirilmişdir. Beləliklə qış güvələrinin döş qəfəsi nahiyələrindəki istilik mükəmməl şəkildə sabit saxlanılır.

 

 

Qış güvələrindəki damar sistemi

Döş qəfəsi istilikdəyişdiricisinin əhəmiyyətini anlamaq üçün, qış güvəsindəki damar sistemini, isti mühitlərdə yaşayan sfinks güvələrindəki (lat. macroglossum stellatarum) damar sistemi ilə müqayisə etmək yerində olar.
Sfinks güvələri qış güvələrinə nəzərən olduqca böyükdürlər və xüsusilə tropik bölgələrdə yaşayarlar. Bu həşəratlarda döş qəfəsi istilikdəyişdiricisi əvəzinə "sərinlədici halqa" adlı sistem var. Sfinks güvəsində, n hərfinə bənzəyən damar qıvrımı əvəzinə R hərfinə bənzəyən bir qıvrım var. Yan səhifədəki şəkildən də göründüyü kimi sfinks güvəsindəki damar qıvrımının sol tərəfi qış güvəsindəkindən daha uzundur. Bu vəziyyət qıvrımın sol qolu ilə sağ qolu arasında istilik fərqinin yaranmasına səbəb olar. Onsuz da bundan ötrü sfinks güvəsinin qan dövranı sisteminin bu hissəsi "sərinlədici halqa" adlandırılmışdır.


Sfinks güvələri ilə böyük ipək güvələri, qış güvələrindən 60 qat daha böyük çəkiyə malikdir. Bundan ötrü də, olduqca asan isindikləri düşünülə bilər. Ancaq gözlənilənin əksinə bu güvələr artıq istiliyi, əvvəlcə baş və qarın nahiyəsinə sonra da bu nahiyələrdən havaya verərlər. Digər bir sözlə, qış güvələrindəki isidici mexanizmin əksinə sfinks güvələrində sərinlədici sistem var. Əgər qış güvələri sfinks güvələrindəki kimi bir qan dövranı sisteminə sahib olsalardı, əsla yaşaya bilməzdilər. Bu iki güvə növü arasındakı bədən quruluşu fərqi, Ərəbistan və Sibir bölgələrindəki hava şəraiti üçün hazırlanmış kondisionerlərdəki mühəndislik və dizayn fərqinə bənzədilə bilər.
Anatomik quruluşu qış güvələrinə bənzəyən digər bir növ də şərqi çadır tırtıllarıdır (lat. malacosoma americanum). Bunların döş qəfəsi nahiyələrindəki damar qıvrımı da qış güvəsində olduğu kimi "n" formasındadır; ancaq aşağı enən qol yuxarı qalxan qola bitişik deyil. Bu kiçik fərq şərqi çadır tırtıllarının istilik tutma qabiliyyətinə təsir edir və yalnız isti havalarda uça bilməsinə imkan verir.


Göründüyü kimi hər iki canlının bədənində də, eyni sistem olmasına baxmayaraq, kiçik bir fərq əhəmiyyətli dəyişikliklərə səbəb olur. Hər iki canlı da yaşadıqları bölgəyə ən uyğun bədən quruluşlarına malikdirlər. Bu vəziyyət təkamülçülərin "təsadüfən yaranma iddialarını" çox açıq şəkildə təkzib edir.


Təkamülçülərə görə təsadüfən baş verən inkişaflar nəticəsində canlılar bu xüsusiyyətlərini qazanmış və bir canlı başqa bir canlıya çevrilmişdir. Buraya qədər adları çəkilən güvələrə aid xüsusiyyətlərdən tək biri belə bu iddianın nə qədər ağılsız və məntiqiz olduğunun başa düşülməsi üçün kifayətdir.


Heç bir təsadüf bir güvənin damar qıvrımlarının necə bir formaya malik olacağını müəyyənləşdirə bilməz. Üstəlik, bu təsadüf indiyə qədər yaşamış bütün qış güvələrində eyni cür baş verməlidir. Bu da mövzunun təkamülçülərin iddialarının etibarsızlığını göstərən başqa bir istiqamətidir.


Qarşılaşdığı problemləri analiz edən, bunlara çıxış yolları gətirən, meydana gətirdiyi sistemlərə görə öz anatomiyasını təşkil edən, güvənin özü də ola bilməz. Həmçinin bura qədər verilən məlumatlardan da göründüyü kimi güvələrdəki dizaynda bütün mümkün ehtimallar düşünülərək bir sistem yaradılmışdır.


Şübhəsiz ki, bütün canlıları olduğu kimi güvəni də yaradan və ehtiyacı olan sistemləri ona verən aləmlərin Rəbbi olan Allahdır.
Allah bir böcəyin bədənində yaratdığı bənzərsiz dizayn nümunələriylə sonsuz sənətini bizə göstərir. Allah, Qaf surəsindəki ayələrdə yaratdıqları üzərində düşünülməsini belə əmr edir:

 

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik (Qaf surəsi, 6-8)

 

Unutmayın ki, düşünmək hər insanın özünə fayda verər. Belə nümunələr üzərində düşünən insan Allahın ucalığını və sonsuz gücünü daha yaxşı qavrayar.

 

 

Təbiətdəki mikromühərriklər

Bədənimizdəki bəzi hüceyrələr, tükcüyü xatırladan quruluşlara sahibdirlər. Kirpiklərin tək vəzifəsi hüceyrəni hərəkət etdirməkdir. Məsələn, kişi artım hüceyrələri olan spermalar bir kirpik olan qamçılarından üzmək üçün istifadə edərlər. Kirpiklər bəzən də tənəffüs hüceyrələrində olduğu kimi, başqa bir şeyi hərəkət etdirməyə yarayarlar. Məsələn, tənəffüs hüceyrələrinin hər biri 100-dən artıq tükcüyə malikdir. Bu kirpiklərin fasiləsiz hərəkətiylə tənəffüs yollarında toplanan selikli maye (mukus mayesi) yuxarı doğru sürüklənir. Beləliklə tənəffüs yollarından içəri daxil olan kiçik cisimciklər, həmin bu selikli maye ilə çölə atılır.


Kirpiklər mikroskopik ölçüyə malikdir, ancaq olduqca mürəkkəb strukturları vardır.
Bir kirpik uzununa kəsildikdə və elektron mikroskopu vasitəsilə baxıldıqda, çubuq formasındakı doqquz ayrı strukturdan meydana gəldiyi görülər. "Mikroborucuq" adlandırılan bu çubuqlar iç-içə keçmiş iki ayrı halqadan meydana gələrlər. Halqalardan birincisi 13 ayrı teldən ibarətdir. İkinci halqanı təşkil edən tellərin sayı isə 10-dur. “Mikroborucuqları” meydana gətirən təməl maddə "tubulin" adlı zülallardır. Həmçinin mikroborucuğun "dinein" adlı zülala malik xarici qol və daxili qol adlanan iki davamı da var. Dinein zülalının vəzifəsi isə hüceyrələr arasında mühərrik funksiyası yerinə yetirmək və mexaniki güc meydana gətirməkdir.


Kirpiklərin tək hədəfi hüceyrələri və ya maddələri hərəkət etdirməkdir. Bu hədəfin realaşdırılması üçün çox müfəssəl dizayn meydana gətirilmişdir. Burada qısa şəkildə qeyd olunan bu mükəmməl strukturun "yoxmuş" deyə biləcəyimiz qədər kiçik bir hüceyrənin içində dizayn edilmiş olması, əlbəttə ki, üzərində düşünülməli vəziyyətdir.


Buraya qədər deyilənlər mikroskopik kirpiklərdən tək birini meydana gətirən hissələrdəki dizaynın çox qısa və sadə xülasəsidir. Bu vəziyyətdə ağla dərhal bu dizaynın necə meydana gəldiyi sualı gələcəkdir. Kirpiklərin quruluşundakı ağıl və mükəmməl planlama bizə çox açıq bir yaradılış möcüzəsi ilə qarşı-qarşıya olduğumuzu göstərir.


Gözlə görünməyəcək qədər kiçik bir cisimdəki bu müfəssəl sənət nümunəsi sonsuz elm sahibi olan Allahın yaratmasıdır. Bir ayədə belə buyurulur:

 

Göylərin və yerin mülkü Onundur. O özünə övlad götürməmişdir və Ona mülkündə şəriki olan da yoxdur. O hər şeyi nizam içində və müəyyən ölçüdə yaratmışdır. (Furqan surəsi, 2)

 

Sonrakı səhifələrdə kirpiklərdəki quruluşdan daha geniş şəkildə bəhs olunacaq. Məqsəd, Allahın qüsursuz yaratmasının dəlillərini göstərmək və Rəbbimizin şəninin ucalığının, Ondan başqa ibadətə layiq olan məbud olmadığının yenidən başa düşülməsinə səbəb olmaqdır.

 

 

Tubulin molekullarındakı dizayn

Kirpikləri meydana gətirən doqquz ayrı çubuq (mikroborucuqların) olduqca sistemli quruluşa malikdir. Daha əvvəl mikroborucuqların tubulin zülallarından meydana gəldiyini qeyd etmişdik. Məhz tubulin zülalını meydana gətirən molekullar, silindrik kərpic formasındadırlar və üst-üstə düzülərək bir yerə toplanmışdırlar. Lakin hamı; silindr formasındakı cisimlərin bir-birlərinə bağlanmayaraq üst-üstə yığıldıqları təqdirdə ən kiçik bir zərbə nəticəsində belə dağıla biləcəklərini bilir.


Əgər tubulin molekulunun bir tərəfi, digər bir tubulin molekulunun arxa tərəfini tamamlayacaq səthə malik olmasaydı, belə vəziyyətlə üzləşib yox ola bilərdi. Ancaq bu hal qətiyyən yaşanmaz, çünki tubulin molekulları konserv qutularına bənzəyən quruluşa sahibdirlər.
Məlum olduğu kimi konserv qutusunun alt hissəsi içəriyə doğru azacıq girintilidir. Qutunun o biri tərəfi isə buraya keçə biləcək formadadır. Bundan ötrü də, qutular asanlıqla üst-üstə dayana bilər. Bundan əlavə, qutulardan birinə yavaş şəkildə dəysəniz də digərləri dağılmaz.


Necə ki, qutuların doğru şəkildə dizayn olunmaları da kifayət etmir. Əgər qutular eyni üzləri üst-üstə düşəcək şəkildə düzülmüşdürlərsə, yenə kiçik zərbə nəticəsində dağılacaqdırlar. Göründüyü kimi qutuların doğru düzülməsi də ayrı bir plan tələb edir.
Tubulin molekullarının bir-birinə yapışması konserv qutularının üst-üstə oturmasından olduqca mürəkkəb hadisədir. Yapışma hadisəsinin baş verməsi üçün bir zülal molekulunun digər bir zülal molekuluna bağlanması tələb olunur. Ancaq hüceyrədə bir-birindən fərqli minlərlə zülal var və tubulin molekullarının doğru molekullarla əlaqə halında olması vacibdir. Əgər tubulin molekulları sırf özlərinə daha yaxın olduğu üçün hər hansı zülalla əlaqə yaratmış olsaydılar, bu gün kirpik adlandırdığımız strukturlar əsla mövcud olmayacaqdı.
Tubulin molekullarının dizaynını araşdırmağa davam edərkən getdikcə daha da mürəkkəb hala alan bir quruluşla qarşılaşırıq.


Bu molekulda 10 ədəd qısa, iynəyə bənzər çıxıntı var. Alt tərəfdə isə, tam şəkildə bu çıxıntıların içinə oturan 10 ədəd girinti var. Çünki bütün çıxıntılardan yalnız birindəki fərq tubulinin lazımi əlaqəni qurmasına mane olacaq. Bu vəziyyət çox qəti və aydın şəkildə hər bir tubulin molekulunun, bir-birinə uyğun şəkildə yaradıldığını sübut edir.

 

 

Kipriyin hərəkətini təmin edən əlaqələr

Hüceyrə araşdırıldığı vaxt, eynilə tubulin molekulları kimi bir-birlərinə yapışan mikroborucuqlara da rast gəlinəcək. Ancaq mikroborucuqlar arasındakı əlaqə, tubulinlərinki kimi bir-birlərinə yapışmaqla əldə olunmur. Mikroborucuqlar ancaq başqa zülalların köməyi ilə bir-birlərinə yapışa bilirlər. Bunun olduqca mühüm bir səbəbi var.


Mikroborucuqın hüceyrədə bir çox vəzifələri var və bu vəzifələrin bir çoxunu da ancaq təklikdə yerinə yetirə bilirlər. Necə ki, kirpiklərin hərəkəti kimi digər bəzi işlər üçün də bir-biriylə əlaqəli mikroborucuqlar lazımdır. Məhz bundan ötrü də, mikroborucuqların hər an deyil, əksinə lazımi vəziyətlərdə, müəyyən zülallarla bir-birlərinə bağlanmaları olduqca əhəmiyyətli incəlikdir.


Əgər mikroborucuqların da tubulinlər kimi öz-özlərinə bağlanma xüsusiyyəti olsaydı, onlar daim bir yerə gələcək və hüceyrədə boyunlarına götürdükləri bir çox vəzifəni yerinə yetirə bilməyəcəkdilər. Məhz bundan ötrü də, mikroborucuqlar arasında xüsusi bağlayıcılar yaradılmışdır. Bu bağlayıcılardan biri neksin adlı zülaldır. Neksin, bir-birinə yapışıq iki halqadan ibarət bir mikroborucuğu yanındakı başqa bir mikroborucuğa bağlayar.


Həmçinin hər mikroborucuqda, dinein zülalından meydana gəlmiş iki ayrı çıxıntı var. Bunlardan biri "xarici qol", digəri isə "daxili qol" adlandırılır. Dinein zülalları neksindən fərqlənir. Bunların vəzifəsi; bir növ mühərrik funksiyası yerinə yetirərək hüceyrədə mexaniki güc meydana gətirməkdir. Bundan ötrü də, neksin və dinein zülalları mikroborucuqlar arasında əlaqə meydana gətirmələrinə baxmayaraq, boyunlarına müxtəlif vəzifələr götürmüşdürlər (kirpikdə neksin və dineinden başqa bağlayıcılar da var). Əgər neksin və dinein zülalları bir-birini tamamlayan bu xüsusiyyətlərindən məhrum olsaydılar, kirpiklər bu hərəkəti etməzdilər.

 

 

Mikroskopik ölçülərdə bir mühərrik

Bir-birinə bağlı bu quruluşu daha da təfərrüatlı hala gətirən və mürəkkəbləşdirən incə bir xüsus daha var. Kirpiklərin hərəkətini təmin edən və bir mühərriki xatırladan quruluş, aid olduğu hüceyrənin içində deyil, əksinə bilavasitə kirpiklərin içində yerləşir. Mühərriyi xatırladan bu quruluşdakı elemntlərdən biri (məsələn, dinein zülalı) çatışmadıqda kirpik qətiyyən hərəkət edə bilməz.
Elm adamları kirpikdəki, mühərriyi xatırladan bu quruluşu daha aydınlaşdırmaq üçün bir model yaratmışdırlar. Bu modeli başlanğıcda verdiyimiz konserv qutuları nümunəsinin davamı kimi belə təsvir edə bilərik:


Üst-üstə sıralanmış iki konserv sütunu, yumşaq məftillərlə bir-birinə bağlanmışdır. Bir konserv qutusuna kiçik bir mühərrik və yandakı konserv sütununa da bir mühərrik qolu bağlanmışdır. Mühərrik işə düşdükdə, mühərrik qolu aşağı enərək bağlandığı konserv sütununu aşağı itələyər. Sütunlar bir-birlərinin içindən keçərlər. Bu əsnada yumşaq məftillər gərilməyə başlayar. Müərrikin qolu qarşı sütunu itələdikcə, məftilin yaratdığı gərginlik hər iki sütunun da müəyyən qədər əyilməsinə səbəb olar. Ayrılma hərəkəti əyilmə hərəkətinə çevrilmişdir.


İndi isə verilən bu nümunəni sadəcə biokimyəvi hadisələrlə ifadə edək:
Qarşı sütunu hərəkətə keçirən, iki mikroborucuq arasındakı dinein zülalının qollarıdır. Bu hərəkət üçün ATF adlandırılan bioloji enerjidən istifadə olunar. Bu baş tutduğu vaxt, iki mikroborucuqla birlikdə hərəkət etməyə başlayarlar. Əgər "aradakı gəvşək tel" olaraq modelləşdirilmiş neksin olmasaydı, hər iki sütun hərəkətə davam edər və bir-birindən ayrılardılar. Ancaq, neksin zülalının qarşılıqlı bağlayıcıları qonşu mikroborucuğun, digərindən qısa bir məsafədən artıq uzaqlaşmasına mane olar. Elastik neksin bağlayıcılar son həddə qədər uzandıqları vaxt, dinein zülalının daha çox hərəkət etməsi neksin bağlayıcılarının mikroborucuqdan çəkilmələrinə səbəb olar. Dinein zülalı hərəkətinə davam etdikcə gərginlik artar. Mikroborucuqlar elastik olduqları üçün dinein zülalının qarşı sütunda yaratdığı sürüşmə hərəkəti vaxt keçdikcə bükülmə hərəkətinə çevrilər.

 

 

Kirpiklərdəki mexaniki sistem təsadüfən yarana bilməz

Buraya qədər qeyd olunan məlumatlardan da aydın olduğu kimi kirpiklərdə, tamamilə bir-birinə bağlı işləyən mexaniki sistem dizayn olunmuşdur. Mexaniki sistemləri dizayn etmək o qədər də asan deyil. Çünki yaradılacaq sistemdə tam lazım olduğu sayda element olmalı, hamısının bütün xüsusiyyətləri tam olmalıdır. Ən kiçik bir əksiklik, nəticəyə öz mənfi təsirini göstərə bilər.
Bunu görmək üçün bacınızın, qardaşınızın və ya uşağınızın hərəkət edən oyuncaqlarından ən sadəsini götürün və ona bir baxın. Hərəkət etmələrini təmin edən hissələrdən təkcə biri belə olmasa əlinizdəki oyuncaq işləməyəcək. Eləcə də, qapı dəstəyini düşünün. Əlaqəli hissələrdən təkcə biri belə olmasa, qapı dəstəyi heç bir işə yaramayan metal parçası halına gələcəkdir.
İndi isə kirpikdəki hərəkətin təmin olunması üçün lazım olan hissələri xatırlayaq:


1) Mikroborucuqlar: Kirpiklərin bünövrəsini meydana gətirən elementlərdir. Varlıqları, bir tikilinin bina hesab edilməsi üçün zəruri olan divarların varlığı qədər vacibdir. Əgər mikroborucuqlar olmasaydı, mühərrik qolunun, üzərində sürüşə biləcəyi heç bir hissə olmayacaqdı.


2) Mühərrik: Kirpiklərin dolayısilə mikroborucuqların hərəkət edə bilmələri üçün mütləq olmalıdır.


3) Bağlayıcılar: Qonşu sütunları hərəkətə gətirə bilmək üçün bağlayıcılara ehtiyac var. Ayrılma hərəkətini bükülmə hərəkətinə çevirər və strukturun yox olmasının qarşısını alarlar.


Hərəkət sisteminin müvəffəqiyyətli şəkildə işləməsi üçün elementlərin quruluş xüsusiyyətləri də olduqca əhəmiyyətlidir. Bu xüsusiyyətlərdə artıqlıq və ya əskiklik olması nəticəsində sistemi müvəffəqiyyətlə işləməyə bilər. Həmin bu iki sütunu bağlayan tel, üzərinə düşən qüvvəyə tab gətirə bilməyəcək qədər zəif olsaydı, mühərrikin ilk hərəkətində qopar, bu da hər iki sütunun dağılıb yox olmasına gətirib çıxarardı. Ancaq belə olmaz, tel tam lazımi xüsusiyyətlərə malikdir, zülallar və digər bütün hissələr də həmçinin...
Bütün bunlar kirpiklərin quruluşundakı mükəmməlliyi və mürəkkəbliyi göstərmək baxımından kifayətdir. Ancaq bunun daha yaxşı qavranması üçün bu mövzudan xəbərdar olan hər insanın öz-özünə verməli olduğu suallar var:


Mikroskopik ölçülərdəki bir yerə yerləşdirilmiş bu mexanizmlər necə meydana gəlmişdir? Kirpikləri meydana gətirən molekullar bu xüsusiyyətləri necə qazanmışdır? Kirpik, içindəki müstəqil mühərrik sistemi necə meydana gəlmişdir? Kirpiklər təkamülçülərin iddia etdikləri kimi, bəzi təsadüflər nəticəsində yavaş-yavaş meydana gələ bilərmi?


Hüceyrələrdəki kirpiklərin təsadüfən bu quruluşu meydana gətirə bilməyəcəkləri ağıl sahibi hər insanın mənasını başa düşə biləcəyi bir həqiqətdir. Bu vəziyyəti, belə maddələr halında göstərmək də mümkündür:


1) Mikroborucuqlara bağlanan zülalların mütləq o cür zülallar olması vacibdir. Hər hansı bir zülal hüceyrənin formasına təsir göstərəcək. Bu vəziyyət yanlış yerləşdirilmiş kabellərdən ötrü, binanı dəstəkləyən tirlərin mövqelərini tamamilə dəyişməsinə bənzədilə bilər. Kipriyin hərəkətli ola bilməsi üçün mütləq müəyyən zülallardan istifadə edilməlidir. Təkcə bu maddə belə təsadüfən yaranma ehtimalını ortadan qaldırır.


2) Kirpik mütləq hüceyrənin səthində meydana gəlməlidir. Hüceyrənin içində meydana gələcəyi təqdirdə hərəkətli olduğu üçün hüceyrəyə zərər verər, hətta onu yox edər. Bu da yenə planlı dizayn tələb edir və təsadüf iddiasını yox edir.


3) Kirpikləri meydana gətirən zülalları, yəni tubulin, dinein, neksin və digər əlaqəli zülalları bir hüceyrəyə yerləşdirdiyiniz vaxt, bunlar birdən-birə hərəkət edən kirpiklərə çevrilməzlər. Bir hüceyrənin kirpiklərə sahib ola bilməsi üçün, olduqca çox şey lazımdır. Ətraflı biokimyəvi bir analiz aparıldıqda, hüceyrədəki bir kirpikdə 200-dən daha artıq zülal olduğu görüləcək.


Bunlar kipriyin fəaliyyətini təmin edən mürəkkəb sistemdəki incəliklərdən yalnız bir neçəsidir. Sistemdəki hər hansı çatışmazlıq və ya xəta yarandıqda, kirpik hüceyrə içində başqa bir struktura bağlana və ya onun elastikliyi dəyişə bilər, yaxud quyruğun hərəkət etmə müddəti dəyişə bilər yaxud da tükcüyə aid pərdənin xüsusiyyəti dəyişikliyə məruz qala bilər. Bütün bunlar hüceyrə üçün həyati xüsusiyyətlərdir. Dolayısilə sistemdə ən kiçik bir xətaya yer yoxdur.


200-dən artıq zülalın bu xüsusiyyətləri, birləşərək tam şəkildə meydana gətirə bilməsi üçün, onların tam olmaları lazım olan yer və sırada yaranmış olmaları vacibdir. Bu vəziyyət "zaman keçdikcə yaranma" kimi təkamülçü ssenarilərin mənasızlığını açıq şəkildə göstərir. Bununla yanaşı, bu, kirpikləri meydana gətirən quruluşun bir anda yaradıldığını da göstərir.


Təsəvvürünüzdə, içində bir çox elektrik və mexaniki hissələr olan bir xırdavat dükanı canlandırın. Rəfdəki dişli çarxların yuvarlanaraq milə ilişməsi, kənardakı maqnit məftillərin (ing. magnet wire) mühərrikin içində sarılmış hala gəlməsi, elektrik açarı və elektrik kabellərinin öz-özünə mühərrikin güc mənbəyini meydana gətirməsi mümkün ola bilərmi? Şübhəsiz ki, belə bir ssenarinin axmaq olduğunu anlamaq üçün elektrik və ya maşın mühəndisi olmaq vacib deyil. Eynilə kirpikdəki hərəkət sisteminin təsadüfən meydana gələ bilməyəcəyini anlamaq üçün biokimyaçı olmağın vacib olmaması kimi.


Hüceyrələri hərəkət etdirən bu kirpiklərdəki dizayn təkamülçülərin iddialarının məntiqsizliyini açıq şəkildə göstərən nümunələrdən biridir.


Mikroborucuqlar kirpikdən ayrı halda hüceyrənin tərkibində də olurlar. Hüceyrə içindəki əsas funksiyaları, hüceyrənin formasının müəyyənləşməsi üçün struktur kimi dəstək verməkdir. Həmçinin kirpikdəki mühərrik zülalları olaraq adlandırdığımız zülallar hüceyrə içində başqa funksiyalara da sahibdirlər. Məsələn, mühərrik zülalları, bir hüceyrənin içində müxtəlif hissəciklərin daşınması üçün mikroborucuqlar boyunca hərəkət edirlər. Hüceyrə içində bir yerdən başqa yerə getmək üçün mikroborucuqlardan avtomagistrallar kimi istifadə edirlər.


Kirpikdəki özünəməxsus quruluşun hər incəliyi ayrı bir mühəndislik məhsuludur və kirpikləri dizayn edənin varlığını sübut edər, bizə ağlından və elmindən xəbər verər. Kirpiklər təcəlli edən bu üstün və unikal ağıl Uca Allaha aiddir. Allah hər varlığı mükəmməl və bənzərsiz dizaynla yaratmışdır. Bunlar üzərində düşünmək insanın Allahın ucalığını qavramasına əhəmiyyətli vəsilə olacaq. Bir ayədə belə buyurulur:

 

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Heç kəs başqasının əleyhində günah qazanmaz. Heç bir günahkar başqasının günahını daşımaz. Son dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir (Ənam surəsi, 164)

 

 

Ağac daşıdığınız kranla yerdən yaşıl noxud yığa bilərsiniz mi?

Fillərin xortumu bir çox funksiyaya malikdir. Fil, bir tərəfdən xortumu ilə yerindən qopartdığı böyük bir ağacı daşıya bildiyi halda, digər bir tərəfdən də tək bir yaşıl noxud dənəsini yerdən götürüb ağzına ata bilər. Həmçinin yuyunmaq və ya su içmək üçün 4 litr suyu xortumunda daşıya və suyu fəvvarə kimi havaya püskürdə bilər. Yeri gəldikdə xortumundan ünsiyyət vasitəsi kimi istifadə edərək sürüləri bir yerə toplayar və ya onları qaçmaları üçün xəbərdar edə bilər. 50 min əzələdən təşkil olunan bu orqan mükəmməl dizaynı sayəsində böyük incəlik və həssaslıq tələb edən əməliyyatları edə bilmə qabiliyyətinə də malikdir.


Kompyuter və elektron texnologiyası hazırkı dövrdə böyük nailiyyətlər əldə etmişdir. Buna baxmayaraq; bir filin xortumunda olduğu kimi, həm bir kran qədər güclü, həm də yaşıl noxudu tuta biləcək qədər həssas işləri, eyni anda edə bilən maşınlar və ya robotlar hələ ixtira olunmamışdır.


Göründüyü kimi filin xortumu xüsusi dizayna malik bir orqandır. Hər xüsusiyyətiylə bizə, Allahın yaratma sənətindəki mükəmməliyi göstərir.

 

 

Dünyanın ən nazik qidalanma borusu

Bir ağcaqanadın qanı çox tez sora bilməsi mühüm əhəmiyyətə malikdir. Bunun üçün də, ağcaqanadın qan sorma sistemi, qanın quruluşu ilə 100% uyğunluq təşkil etməlidir.


Qan axıcılıq qabiliyyəti, əksər mayedən fərqli olaraq içindən axdığı borunun diametrindən asılı olaraq dəyişir. Böyük diametrli borularda qırmızı qan hüceyrələri qan mayesi içində ixtiyari halda dağılaraq asanlıqla hərəkət edə bilərlər. Amma millimetrin onda birindən kiçik diametrdəki borularda qanın axıcılıq qabiliyyəti azalmağa başlayır. Çünki bu diametrdəki borularda qan hüceyrələri yastılaşaraq borunun mərkəzində toplanırlar. Millimetrin "yüzdə birindən kiçik" diametrli borularda isə qanın axıcılıq qabiliyyəti ən aşağı səviyyəyə malik olar. Çünki qan hüceyrəsinin diametri borunun diametrinə yaxınlaşmışdır və qan sormaq, bir qamışla yaşıl noxudu sormaq qədər çətinləşmişdir.
Məhz bu məqamda qan sormaqla qidalanan canlıları araşdırdığımız vaxt, təəccüb oyandıran harmoniya ilə qarşılaşarıq. Ağcaqanadların və qanla qidalanan digər canlıların sorma borularının diametri millimetrin yüzdə bir hissəsindən aşağı olmur.(43) Bu sayədə həmin bu canlılar qan sorarkən heç bir çətinlik çəkməzlər.


Bu mövzuda istisna olmaması və eyni mükəmməlliyin qanla qidalanan bütün canlılarda olması diqqətçəkicidir. Bütün böcəklər qan hüceyrələrinin diametrini hesablamış və bunun əsasında bir boru dizayn etmiş ola bilərlərmi? Yoxsa müxtəlif sınaqlar aparmış və bu sınaqlar nəticəsində qan hüceyrələrinin keçə biləcəyi qədər geniş, amma eyni zamanda da hüceyrələrin hərəkət qabiliyyətlərini məhdudlaşdırmayacaq qədər kiçik bir boru tapmış ola bilərlərmi? Əgər belə olmuşdursa, əvvəlcə belə səhvə yol verənlər, nəsillərini kəsilməkdən qurtarmağı və bu təcrübəni sonrakı nəsillərə ötürməyi necə bacarmış ola bilərlər?


Əlbəttə ki, bunlar baş tutması tamamilə qeyri-mümkün ehtimallardır. Əvvəlcə bir böcəyin başqa bir canlının bədən quruluşundan, bu canlının damarlarında qanın hərəkət etdiyindən, bu qanın içində müxtəlif hüceyrələrin olduğundan, bu hüceyrələrin qanın axıcılıq qabiliyyətinə təsir etdiyindən xəbərdar olması kimi hallardan söhbət gedə bilməz.


Bir kitabda və ya jurnalda ağcaqanadların bədən strukturlarının tam qan sormağa əlverişli xüsusiyyətdə olduğuna dair bir xəbər oxuduğu təqdirdə, normal ağla sahib bir insanın ağlına əsla belə ehtimallar gəlməyəcək. Bunu böcəyin bir gün öz-özünə kəşf etdiyini də düşünməyəcək. Çünki bu uyğunluğun təsadüfən meydana gələ bilməyəcəyi, ağıl sahibi hər insanın təsdiq edəcəyi qədər açıq bir həqiqətdir.
Üstəlik, ağcaqanadın qan sora bilməsi üçün, qan hüceyrələrinin keçə biləcəyi böyüklükdə bir borusunun olması da kifayət etmir. Hər şeydən əvvəl qanı boru içində hərəkət etdirəcək bir qüvvəyə, dolayısilə bu qüvvəni yaradacaq bir sistemə də ehtiyac var. Ağcaqanadların başlarının içində əzələlər və bu əzələlərin yığılması vaxtı genişlənən boşluqlar var. Əzələlər yığılar və genişləndikdən sonra təzyiq aşağı enər. Bunun nəticəsi olaraq qan qidalanma borusunun içində yuxarı doğru axır.


Ağcaqanadlardakı bu mükəmməl mexanizmlərin necə meydana gəldiyi sualının tək bir cavabı var: Bu canlıları yaradan Allahdır. Qan hüceyrəsi də, içindən keçəcəyi boru da özlərinə sahib olduqları xüsusiyyətləri verən bir güc tərəfindən yaradılmışdır. O güc hər şeyi bilən və qüsursuz şəkildə yaradan Allahdır.

 

 

Təzyiqə davamlı toxumalara sahib canlılardan nümunələr

Elmi adı Rhodinius prolikxius olan və "qatil böcək" deyə adlanan, digər bir qan soran canlı, çox mükəmməl nasos mexanizmi sahibdirlər. Bu böcəyin başının içi; demək olar ki, tamamilə boşluqlar və əzələlərdən ibarət olacaq şəkildə dizayn edilmişdir. Bu dizayn sayəsində böcək, əmmə borusunun iki ucu arasında təzyiq fərqi yarada bilər. Qan da, bu təzyiq fərqindən ötrü böcəyin borusu daxilində saniyədə 5 metr sürətlə yüksəlməyə başlayır.


Bu olduqca yüksək sürətdir və normalda keçdiyi yerlərə zərər vurmalıdır. Lakin bu yüksək axın sürətinə baxmayaraq, böcəyin nə borusunda, nə də başqa hər hansı bir toxumasında zədə və ya çat meydana gəlməz. Çünki qanın keçdiyi bütün toxumalar qanın bu sürət və təzyiqinə tab gətirə biləcək quruluşdadır. Böcək bu sistem sayəsində 15 dəqiqədə 300 mikrolitr qanı sora bilər. Bu, bir insanın eyni zaman kəsiyində 200 litr su içməsinə bərabər miqdardır.


Qatil böcəklərdəkinə bənzər bir sistem ağcaqanadlarda da mövcuddur. Ağcaqanadların bədənləri qan sorarkən xeyli genişlənə bilir. Məsələn, 4 mikrolitr qan soran bir ağcaqanad bədən həcminin xeyli artıq qan sormuşdur. Bəs ağcaqanadın həddindən artıq qan sorması nəticəsində partlayaraq ölməsinin qarşısını alan nədir?


Qan soran digər canlılarda olduğu kimi, ağcaqanadların həzm sistemləri də xüsusi dizayna malikdir. Ağcaqanadların nə vaxt qan sorub, nə vaxt dayanacaqlarını söyləyən gərilmə reseptorları var. Bunlar sinir sisteminə bağlı olaraq işləyir.


Ağcaqanad və qatil böcəkdəki bu sistemlərin bənzərlərini insanlar da su anbarlarında istifadə edərlər. Nasoslar vasitəsilə sorulan sular anbarlara ötürülər. Anbarlara suyun səviyyəsinə nəzarət edən xüsusi qəbuledicilər yerləşdirilər. Anbardakı su ən yuxarı səviyyəyə çatdıqda nasos avtomatik olaraq dayanar.


İndi hər iki sistemi də səthi şəkildə müqayisə edək: Su mühərriklərinin ağırlığı əsasən onlarla kilo və ya daha çoxdur. Həmçinin olduqca gurultulu işləyir və xeyli enerjiyə ehtiyac duyurlar. Vaxt keçdikcə boru ilə olan əlaqələri, araqatları yeyilər və su buraxmağa başlayarlar. Paslanma kimi səbəblərdən ötrü baxıma ehtiyac duyarlar.


Ağcaqanadın başının içindəki sorma sisteminin həcmi isə 1mm3-dən daha kiçikdir. İşləyərkən qətiyyən səs çıxartmaz və ağcaqanad həyatı boyu bir dəfə belə nasosuna baxmaq məcburiyyətində qalmaz. Zaman keçdikcə borusundan və ya nasosundan sızıntı da baş verməz.
Şübhəsiz ki, nə ağcaqanadlar, nə də digər böcəklər sahib olduqları bu mükəmməl sistemləri öz-özlərinə yarada bilməzlər. Bütün bunlar xüsusi bir dizaynın məhsuludur. İnsanların yaratdıqları sistemlərdən olduqca üstün xüsusiyyətlərə sahib bu sistemlərin təsadüfən yaranması da qətiyyən mümkün deyil. Çünki istər ağcaqanadın, istərsə də qatil böcəyin sorma və saxlama sistemləri ən incə detallarına qədər texniki vahiddir. Sistemdə yaranacaq tək bir xəta və ya hissələrdən birinin çatışmazlığı, bu canlıların ölümlərinə səbəb ola bilər. Məhz bu səbəblərdən ötrü də, bu canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi bir sıra təsadüflər nəticəsində bu xüsusiyyətləri qazanmış olması qeyri-mümkündür.


Yer üzündəki canlı-cansız bütün varlıqları, hər şeyin sahibi olan, hər şeyə qadir və bütün canlıların ehtiyaclarını aradan qaldıran Allah yaratmışdır. Allah üstün qüdrət sahibidir, Ondan başqa bir Yaradıcı yoxdur. Rəbbimiz bir ayədə belə buyurur:

 

Bu, Allahın yaratdıqlarıdır. Bu halda, Onun xaricində olanların yaratdıqlarını mənə göstərin. Xeyr, zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi, 11)

 

 

Gekkon kərtənkələsi və molekulyar cazibə qüvvəsi

Gekkon; tropik ərazilərdə yaşayan kiçik və zərərsiz bir kərtənkələ növüdür. Gekkon kərtənkələləri özlərini digər sürünənlərdən imtiyazlı edən bir xüsusiyyətə sahibdirlər. Divarda, hətta tavanda düz yerdə yeriyirmiş kimi asan hərəkət edə bilər; tək bir ayaqlarıyla başıaşağı vəziyyətdə asılı halda dayana bilərlər. Cilalanmış şaquli bir müstəvi səthdə belə başıaşağı vəziyyətdə qaça bilərlər.(45)
Bəs gekkonun ayaqlarının altının zəmindən bu qədər möhkəm yapışmasına və bu sürünənin təəccüblü hərəkətlərinə imkan verən sistem nədir?


Ağla gələn ilk şey, gekkonun yapışqan bir maddə ifraz edərək tavana yapışması ehtimalıdır. Ancaq bu mümkün deyil, çünki heyvanın hər hansı bir yapışdırıcı hazırlayacaq ifrazat vəzisi yoxdur. Həmçinin belə bir sistem, bəlkə gekkonu tavana yapışdıracaq, amma hərəkətinə imkan verməyəcək.


Heyvandakı yüksək tutma qabiliyyətinin əmici bir mexanizmə (tr. vantuz) bənzər bir strukturdan qaynaqlandığı da düşünülə bilər. Lakin belə bir fikir yürütmək də doğru olmayacaq. Çünki gekkonun ayaqları havasız mühitdə də mükəmməl işləyir. Onsuz da bir nasos havasız mühitdə zəminə yapışa bilməz.


Elektrostatik cazibə qüvvəsindən də söhbət gedə bilməz. Aparılan təcrübələrdə elektron ionu yüklənmiş havada belə ayaqların funksiyasını yerinə yetirdiyi müşahidə olunmuşdur. Əgər elektrostatik cazibə qüvvəsindən istifadə edilsəydi, havaya yüklənən ionların cazibə qüvvəsinə təsir göstərib gekkonun yapışmasına maneə törətməli idi.


Tədqiqatlar gekkonun ayaqlarındakı mexanizmin üstün mühəndislik nümunəsi olduğunu göstərmişdir. Həqiqətən də bu sürünənin ayaq quruluşu dırmanmaq üçün dizayn olunmuşdur.


Portlenddəki Levis Klark Kollecindən ətraf mühit fizioloqu Kellar Autumn və Berkli Kaliforniya Universitetindən bio-mühəndis Robert Full tərəfindən yaradılan və Massaçusets robot texnologiyaları şirkəti (Massatchusetts IS Robotics) tərəfindən dəstəklənən bir qrup gekkonun necə dırmandığını mikroskopik baxımdan araşdırmışdırlar.


Əldə edilən nəticə bizə elmin inkişafı sayəsində ortaya çıxan bir yaradılış möcüzəsi ilə üz-üzə olduğumuzu göstərmişdir. Gekkonun ayaqlarında, bəlkə də, yalnız nüvə fiziklərinin xəbərdar ola biləcəkləri bir qüvvə mövcuddur.

 

 

Minlərlə mikro tükdən meydana gələn xüsusi ayaqlar

Gekkonun barmaq ucları, eynilə bir kitab səhifələri kimi nazik qatlarla əhatə olunmuşdur. Hər bir qat da, "seta" adlı xüsusi toxuma ilə əhatə olunur. Bu toxumada tük bənzəri çıxıntılar yerləşir və bu çıxıntıların uc hissələri də yüzlərlə mikroskopik uca ayrılır.
İynə başı qədər bir yerdə orta hesabla 5000 mikro tük var. Bu da heyvanın hər ayağında təxminən yarım milyon tükün olması deməkdir. Araşdırma genişləndirildikcə ortaya çıxan mükəmməlliklər də artır.


Hər bir tük, sayları 400 ilə 1000 arasında dəyişən tük bənzəri çıxıntılardan ibarətdir. Bundan başqa diqqətçəkən digər bir xüsus da, tüklərin heyvanın topuqlarına baxacaq şəkildə yerləşdirilmiş olmasıdır. Hər bir ucun qalınlığı millimetrin beş mində bir hissəsi qədərdir. Gekkonun ayağındakı milyonlarla mikroskopik uc, dəydikləri səthdəki atomların cazibə qüvvəsindən istifadə edərək həmin səthə yapışqan kimi yapışırlar.


Gekkon addım atarkən ayağının altını səthə basar və yavaş şəkildə geriyə çəkər. Beləliklə də, tüklərin səthə maksimum dərəcədə təmas etməsini təmin edər. Digər bir sözlə, tüklər səthdəki çılpaq gözlə görünməyən mikroskopik girinti və çıxıntılardan möhkəmcə yapışarlar. Beləliklə də, ayaqla səth arasında molekulyar səviyyədə zəif cazibə qüvvəsi meydana gələr. Bu cazibə qüvvəsinə kvant fizikasında "Van-Der-Vals qüvvəsi" deyilər.


Van-Der-Vals qüvvəsi sizin əliniz və divar arasında da mövcuddur, amma çox zəifdir. Atom səviyyəsində əlinizin səthinə baxsaq, onun, sanki dağlardan ibarət olduğunu görərik və yalnız ən yuxarıdakı atomlar divarla təmas edərlər. Ancaq gekkonun ayağındakı minlərlə mala ucu eynilə bir yapışqan kimi divara yapışır.


Əgər gekkonun barmaqları həqiqi yapışqanla (və ya bir vaxtlar elm adamlarının güman etdiyi kimi vantuzlarla (əmici mexanizm)) əhatə olunmuş olsaydı, onda gekkon hər dəfə səthə yapışmış ayağını qaldırdığı vaxt, bu yapışqandan ötrü xeyli enerji sərf etməli olardı. Ancaq araşdırmaları aparan qrupun əldə etdiyi məlumatlara görə, gekkonun divara toxunduğu bucaq ölçüsünü dəyişdirməsi ayağını çəkməsi üçün kifayət edir.


Ayaqdakı tükcüklərin yeri və sıxlığı Van-Der-Vals qüvvəsini yaradır. Məhz bu qüvvə, cazibə qüvvəsinin gekkonun üstündəki təsirini üstələyir. Heyvan ayağını qaldırmaq istədiyi vaxt, ayağının alt hissəsini irəli doğru bükər və molekulyar cazibə qüvvəsindən üstün bir güc sərf edərək ayağını qaldırar.


Heyvanın ayaqlarının altındakı tüklərin sayının və yerləşmə bucağının nə qədər həssas mühəndislik hesablarına əsaslandığı görülür. Tüklərin sıxlığı daha çox olsaydı heyvan divara yapışıb qalar, daha az olsaydı isə, divardan yapışa bilməyərək düşərdi. Oxşar vəziyyət tüklərin fərqli bucaqlar altında yerləşmiş olması vəziyyətində də yaranacaqdı.


Ancaq belə bir şey olmaz. Van-Der-Vals qüvvəsinin yaranmasına səbəb olan tükcüklərin sıxlıq dərəcəsi tam lazım olduğu səviyyədədir.
Hər kvadrat millimetr səthə 2 milyon deyil, əksinə 2 min tükü dəyən bir gekkon düşünün. Bu heyvanın ayağında kifayət həddə Van-Der-Vals qüvvəsi yaranmayacaq və heyvan tavanda yeriməyə çalışarkən başıaşağı düşəcək. Belə olduqda tükcüklü strukturun varlığı heç bir işə yaramayacaq.

 

 

Gekkonun ayaqlarındakı uyğunluq

Bütün bunlarla yanaşı, gekkon kərtənkələsinin dörd ayağı mükəmməl uyğunluq içində olmalıdır. Ancaq bu sayədə kərtənkələ bütün səthlərdə hərəkət edə bilər, asanlıqla divarlara dırmana bilər, düşmədən tavanlarda gəzə bilər.
Gekkonun ayaqlarının işləyiş forması, üzərində düşünüldüyü təqdirdə, insanı heyrətləndirən bir mövzudur. Nümunə olaraq tavanda sürətlə yeriməsini götürək. Heyvan bu əsnada dörd ayağı ilə bir-birindən fərqli hərəkətləri eyni vaxtda və düzgün şəkildə yerinə yetirir; beləliklə də, ayaqları bir-birinə dolaşmadan hərəkət edə bilir.


Bir əlimizlə bir ayağımızın eyni anda zidd hərəkətlər etməsinin nə qədər çətin olduğunu nəzərə alsaq, gekkonun dörd ayağıyla etdiyi hərəkətin çətinliyi də daha yaxşı aydın olacaq.


Aparılan araşdırmaların ortaya çıxartdığı bu həqiqətlər hər cəhətdən olduqca təəccüblüdür. Əvvəlcə gekkon, Van-Der-Vals adlı bu qüvvədən və onun nə işə yaradığından xəbərdar olmalıdır. Ancaq bir çox universitet məzunu belə, bu qüvvədən xəbərsizdir. İnsanların belə bilmədiyi bu məlumatlara gekkon necə sahib olmuşdur?


Əvvəlcə gekkon, tüklü bir strukturun tam ehtiyacı olan qüvvəni yaradacağını təxmin etməlidir. Bir kərtənkələnin tükcükləri kəşf etməsi, bunların sayını və yerləşmə bucaqlarını, həm ağırlığına tab gətirəcək, həm də sürətli hərəkət etməsinə maneə törətməyəcək qədər həssas şəkildə hesablaması mümkündür mü? Əlbəttə ki, ideal sayda tükcüklər meydana gətirməsi, onları ideal bucaq altında və nizamlı şəkildə ayaqlarının altına yerləşdirməsi gekkonun qabiliyyəti ilə mümkün ola bilməz.


Bunlarla yanaşı gekkon, dörd ayağı arasında mükəmməl uyğunluq yaradacaq skelet, sinir və əzələ sistemlərinə də ehtiyacdır. Əlbəttə ki, bir kərtənkələnin bütün bunların dizayn etməsi və bədənində öz-özünə yaratması qeyri-mümkündür.


İnsanlar atomun quruluşunu və xüsusiyyətlərini çox yaxın bir vaxtda (son əsrdə) kəşf etmişdirlər. Gekkon isə bir sürünən növüdür. Əlbəttə ki, atomu və onun cəzbetmə qüvvəsini bilməsi düşünmək olmaz.


Ağıl və sağlam düşüncə sahibi hər insan bunların öz-özünə yarana bilməyəcəyini və hamısının xüsusi dizaynın əsəri olduğunu bilər. Həmçinin indiyə qədər yaşamış bütün gekkonlar bu xüsusiyyətlərə sahibdirlər. Bütün bunlar bizə, gekkonları bir anda və bütün bu xüsusiyyətləriylə birlikdə Allahın yaratdığını göstərir.


Bütün canlıları müxtəlif xüsusiyyətlərlə yaradan Allahdır. Həm bədənləri, həm də davranışları, bu canlıları Allahın yaratdığını açıq şəkildə göstərir. Düşünən insanlar üçün, gekkon kərtənkələsindəki dizayn, Allahın sonsuz elminin və mükəmməl yaratmasının dəlillərindən biridir. Bir ayədə bütün canlıları yaradanın Allah olduğu belə bildirilir:

 

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Geri