Kimya mühəndisləri ilə yarışan canlılar

Dərmanlar barədə məlumat sahibi olmaq istədiyinizdə bir əczaçıya müraciət edərsiniz. Çünki əczaçı bu sahədə müəyyən müddət təhsil almış, bir çox kitab oxumuş və təcrübə toplamışdır. Dərmanların tərkiblərini, nə işə yaradıqlarını, əks təsirlərini çox yaxşı bilir və lazımi təcrübəyə malikdir. Ancaq yenə də bir əczaçı və ya kimyəvi maddələr barəsində dərin biliyə malik bir insanın belə, heç tanımadığı bir bitkinin tərkibindəki faydalı maddələri, yalnız onlara baxaraq müəyyənləşdirməsi qeyri-mümkündür. Məsələn, bir bitkiyə baxıb; "bu bitkidə bu canlının zəhərinə qarşı padzəhər kimi istifadə ediləcək bir maddə var" deməsi və ya başqa bir zəhəri təsirsiz hala gətirmək üçün qayaları dərman kimi istifadə edə biləcəyini təxmin etməsi bir insan üçün olduqca çətindir. Bunun üçün ya bu barədə məlumat sahibi və təcrübəli şəxslərə müraciət etməli, ya da bəzi təcrübələr, araşdırmalar və s. aparmalıdır.


Yalnız təxminlə hərəkət etmək olduqca təhlükəlidir. Məsələn, zəhərli ilanın sancdığı insan dərhal müalicə olunmalıdır. Bir az yubandırdıqda belə insanın ölə bildiyi belə ciddi vəziyyətdə ehtimallara görə hərəkət edilməyəcəyi, sınaq-yanılma üsulundan istifadə edilməyəcəyi aydındır.

İnsanların hər hansı bir təcrübə aparmadan müvəffəqiyyət qazana bilməyəcəyi bu çətin əməliyyatı, təbiətdəki bir çox canlı milyonlarla ildir ki, yerinə yetirir. Məsələn, bu hissədə ətraflı şəkildə nəzərdən keçirəcəyimiz bezoar keçiləri ilan zəhərini necə təsirsiz hala gətirəcəklərini bilirlər. Ağılsız və şüursuz bir canlının gördüyü anda bir bitkinin tərkibində olan bir maddənin tərkibini bilməsi, bunun nə işə yaradığı barədə doğru nəticəyə gələrək, bunu hansı hallarda istifadə edəcəyini bilməsi, üstəlik, bu məlumatın həmin bu canlı növünün bütün üzvlərində olması bizə tək bir həqiqəti sübut edir:
Bu canlıya hökm edən, ona lazımi məlumatları ilham edən və hərəkətlərini idarə edən bir güc var: Bu güc uca Allaha məxsusdur.

 

Bezoar keçilərinin kimya bilikləri

Bezoar keçisi olduqca dik, divar kimi qayalara dırmaşa bilən keçi növüdür. Dırnaqlarının altının nahamar olması və ayaqlarının altındakı yumşaq yastıqlar sayəsində, asanlıqla çevik hərəkətlər edirlər. Lakin bu keçi növünün əsil qəribə xüsusiyyəti sahib olduğu təəccüb oyandıran kimya bilikləridir. Adları farsca dərman mənasını verən bir kökdən törəmiş bezoar keçiləri öz-özlərini müalicə etmə mövzusunda ixtisaslaşmışdırlar.

Bezoar keçisi nə vaxt bir ilan tərəfindən sancılsa dərhal yaşadığı yerin ətrafında bitən südləyən bitkisi növlərindən birini yeməyə başlayır.
Bu olduqca heyrətamiz davranışdır. Çünki həqiqətən də südləyən bitkisinin tərkibindəki mayedə olan "eforbin" maddəsi, qana qarışan ilan zəhərini təsirsiz hala gətirir.


Belə olduqda şüurlu və diqqətcil bir insanın ağlına dərhal bu suallar gəlir; gündəlik otlamaları əsnasında südləyənlərə ağızlarını belə vurmayan keçilərin, bu bitkilərdən müalicə məqsədiylə istifadə etmələrini nə təmin edir? Bu canlılar ilan zəhərinə qarşı padzəhər təsirinə malik, bir ot axtarmalı olduqlarını haradan bilirlər? Bezoar keçiləri südləyənlərin tərkibində hansı kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin ilan zəhərini müalicə edici təsirə sahib olduğunu necə öyrəniblər?

Keçilərin, bir ilan tərəfindən sancıldıqları vaxt, qarşılarına çıxan bütün otları yeyərək, yəni sınaq-yanılma metodundan istifadə edərək hansı otun zəhərlənməni aradan qaldırdıqlarını öyrənmələri qeyri-mümkündür. Yaşadığı ərazidə lazımi otu tapmağa çalışarkən, yüzlərlə ot növünü yeyərək sınaqdan keçirməyə başlayan keçinin ehtimal ki, ancaq bir neçə sınaq keçirməyə vaxtı olacaq. Üstəlik, həmin anda müvəffəqiyyət qazansa belə, hər dəfə ilan sancdıqda eyni məqsədəuyğun seçimi etməli olacaq. Hər şeyi bir kənara qoyaraq, keçinin bunu bacardığını düşünək. Lakin bu da kifayət etməyəcək. Çünki bu keçi növünün nəslinin tükənməməsi üçün, bütün bezoar keçiləri bu davranış xüsusiyyətinə sahib olmalıdır.

 

Dolayısilə müvəffəqiyyət qazanan ilk keçi, apardığı təcrübəni digərlərinə ötürməlidir. Lakin bir canlının sonradan qazandığı bir biliyi özündən sonrakı nəsillərə genetik cəhətdən ötürməsi qeyri-mümkündür. Buna belə bir nümunə verək: Çox çalışaraq universitet imtahanında birincilik qazanan bir insanı düşünək. Bu insanın uzun illər ərzində çalışıb öyrəndiklərinin və ya göstərdiyi səyin doğulacaq uşağına və ya nəvəsinə heç bir faydası olmayacaq. Qazanılan biliklər və ya davranışlar yalnız o canlıya məxsusdur. Bunların canlının genlərinə kənardan müdaxilə ilə yerləşdirilməsi və dolayısilə digər nəsillərə ötürülməsi qeyri-mümkündür. Hər nəsil eyni bilikləri ən başdan öyrənərək qazanmağa məcburdur.


Bu cür nümunələr üzərində dərindən düşünmək canlıların davranışlarının təsadüfən meydana gələ bilməyəcəyini anlamaq üçün kifayətdir. Bütün canlılar ehtiyacları olan məlumatlara Allahın özlərinə ilham etməsi, öyrətməsi sayəsində sahib olurlar. Heç bir canlı özbaşına, sahibsiz və uydurma təsadüflərin axarına buraxılmamışdır. Bir Quran ayəsində Allahın bütün canlılar üzərindəki mütləq nəzarət və hakimiyyəti belə xəbər verilir:

 

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

 

 

Qarışqalar turşu zavodu inşa edə bilərlərmi?

Qarışqaların bədənlərində, qarışqa turşusu (H2CO2) adlı kimyəvi maddəni sintez vəzlər var.(4) Qarışqalar antibiotik təsirinə malik bu maddəni müntəzəm surətdə bədənlərinə sürtərlər. Beləliklə həm yuvalarında, həm də öz üzərlərində bakteriya və göbələklərin yaranmasına mane olarlar.


Qarışqaların bədənlərindən ifraz olunan bu turşudan xəbərdar olmaları və bunu necə istifadə edəcəklərini bilmələri heyrət vericidir. Lakin insanı bundan daha da heyrətləndirən şey, başqa canlıların da qarışqaların bu xüsusiyyətindən xəbərdar olmasıdır.
Bəzi quş növləri də qarışqalardakı bu turşudan istifadə edərlər. Quşlar qarışqalar kimi kimyəvi maddələr ifraz etməzlər. Ancaq tez-tez qarışqa yuvalarının təpəsinə qonub, qarışqaların tüklərinin arasında gəzmələrinə imkan verərək, onların ifraz etdikləri turşudan bəhrələnərlər. Bu üsul sayəsində bədəni qarışqa turşusuna bulanan quş, üzərindəki bütün parazitlərdən xilas olar.


Qarışqa, göbələyə qarşı qarışqa turşusunun fayda verdiyini və ya bu turşunun formulunu haradan bilir? Bədənlərində belə təhlükəli turşu ifraz olunmasına baxmayaraq, qarışqalar niyə bundan zərər görmürlər? Üstəlik, quşlar qarışqalarda qarışqa turşusu olduğunu və bundan parazitlərindən xilas olmaq məqsədiylə istifadə edə biləcəklərini haradan bilirlər?


Əvvəlcə bu kimyəvi maddənin necə əmələ gəldiyi sualı cavablandırılmalıdır. Müəyyən xüsusiyyəti olan, faydalı bir kimyəvi maddənin öz-özünə əmələ gəlməsi qətiyyən mümkün deyil. Qarışqa turşusunu düşünək. Bu turşunun yanlış şəkildə sintez olunması, kimyəvi antibiotik xüsusiyyətini itirməsi deməkdir. Həmçinin ortaya başqa zərərli maddələrin də çıxma ehtimalı var.


Vəziyyət belə olduqda, bu maddəni qarışqanın sintez etdiyini və ya bu turşunun qarışqanın bədənində təsadüfən əmələ gəldiyini iddia etmək çox məntiqsiz olar. Bunu bir kənara qoyaraq, turşunun formulunun tam lazım olduğu ortaya çıxdığını düşünək. Bu da heç nəyi dəyişdirməyəcək, çünki qarışqanın bədənində həm turşu ifraz edəcək, həm də qarışqanın bundan zərər görməsinə mane olacaq müdafiə sisteminə də ehtiyac olacaq. Dolayısilə qarışqa bunların hamısına eyni anda sahib olmaq məcburiyyətindədir. Bu vəziyyət qarışqadakı vəzlərin, təkamülçülərin iddia etdikləri kimi, yavaş-yavaş əmələ gəlməsinin qeyri-mümkün olduğunu açıq şəkildə göstərir.
Bu canlılardan heç birinin bu əməliyyatları öz-özlərinə yerinə yetirmələri mümkün deyil. Həqiqət budur ki, qarışqalar hazırkı xüsusiyyətləriylə birlikdə bir anda yaranıblar. Həm qarışqa turşusunu, həm bunları ifraz edə biləcək xüsusiyyətdəki vəzləri, həm də qarışqaları, sonsuz elm sahibi olan Allah yaratmışdır.


Quşlara, qarışqa yuvalarına qonaraq qarışqa turşusundan bəhrələnmələrini ilham edən də Allahdır. Allah bütün canlıların ehtiyaclarını bilən və bunları əskiksiz şəkildə yaradandır. Allah, hər şeyi əhatə etdiyini bir ayəsində belə bildirir:

 

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Geri