İlanlarda istiliyi qəbul edən sistem

Zınqırovlu ilanın başının ön hissəsində yerləşən üz çuxurlarında istilik reseptorları var. İlan bunlardan istifadə edərək ətrafındakı canlıların bədən temperaturlarının yaranmasına səbəb olduğu infraqırmızı şüalarını müəyyənləşdirər. Bu sistem, mühit temperaturunun 1/300 bir dərəcə artımını saniyənin mində 35 hissəsi qədər qısa müddətdə müəyyənləşdirə biləcək qədər həssasdır. Hətta bu həssaslıq o qədər yüksəkdir ki, ilan, özündən uzaqlaşmış ovunun ayaq izlərindən yayılan temperaturu müəyyənləşdirməklə də ovunu təqib edə bilər.
İlanın bu həssas istilik qəbuletmə duyğusu yalnız ovunu tapmasına yaramaz. İlan soyuqqanlı bir heyvandır. Yaşadığı mühitin temperaturu ancaq 30⁰-dən artıq olduqda normal həyati fəaliyyətlərini davam etdirə bilər. Dolayısilə istilik reseptorları, qış vaxtı yaşayacaqları isti bir mağara və ya ağac qovuğu tapmalarında ilanların ən böyük dəstəkçisidir. 14 ilan növündən yalnız ikisində istilik reseptorları var. Bu iki növün sahib olduğu reseptorlar arasında da struktur etibarilə fərqlər var. Məsələn, gürzə ilanlarındakı reseptorlar başlarının ön tərəfində, gözlərinin aşağısındaki açıqlıqları irəli doğru baxacaq şəkildədir.


Çuxurlar bir neçə millimetr diametrində və təxminən 5 millimetr dərinlikdədir. Çuxurun içi bir membran vasitəsilə iki hissəyə ayrılır. Beləliklə də, daxili və xarici kamera adlandırılan hissələr meydana gələr. İlanın başında, membranın içinə doğru qurtaran və "trigeminal (üçlü)" deyə adlandırılan iki sinir qolu vardır. Ovun bədənindən yayılan istilik, elektrik siqnallarına çevrilir. Trigeminal sinirin vəzifəsi isə, bu siqnalları beyinə ötürməkdir. Beynin istilik siqnallarını qəbuletmə nahiyəsi isə "terminus (dayanacaq)" dur.


Sinir qolu bu nahiyəyə yaxınlaşdıqca üzərindəki xüsusi örtüyü itirməyə başlayır. Ən sonunda geniş və yastı struktura çevrilir. Bu strukturun uclarında mitoxondri adlanan kiçik hüceyrəvi strukturlar mövcuddur. İstilik xəbərdarlığı bunlara gəlib çatdıqda struktur etibarilə dəyişirlər. Məhz ovun hiss edilməsi də bu dəyişmə sayəsində reallaşır. Hazırkı dövrdə bu qəbuletmə sisteminin işləmə prinsipi tam da məlum deyil. Elm adamlarının bu mövzudakı ortaq qənaəti, qəbul prosesinin tamamilə özünəməxsus mürəkkəb mərhələlər nəticəsində reallaşmasıdır.

 

  • İstilik qəbuletmə sistemindəki xüsusi nəzarətin əhəmiyyəti

İlanın istilik qəbuletmə sistemi, öz bədən temperaturundan asılı olmadan işləyir. Sistem; xəbərdarlıq gələn kimi işləyir, sonra isə reaksiya verir.(30) Yalnız bu xüsusiyyət belə ilanlardakı bu sistemin, xüsusi hazırlanmış plan nəticəsində yaradıldığını göstərməsi baxımından kifayətdir. Əgər istilik reseptorları, heyvanın öz bədənindən yayılan istiliyi də nəzərə alsaydı sistem daim siqnal verəcəkdi. Bu siqnallar ilanın ətrafdakı istilik mənbələrindən aldığı siqnalları üstələyəcək və sistemi iflic edəcəkdi.
Göründüyü kimi bu vəziyyət ilanları bu mükəmməl sistemləri ilə birlikdə Allahın yaratdığını göstərir.
İlanlara məxsus bu qəbuledici sistemdəki bütün təfərrüatlar tamdır. Bütün mərhələlər ən incə nöqtəsinə qədər mükəmməl şəkildə yaradılmışdır.


Təsadüflərin belə çox mərhələli düşünülmüş sistemi yarada bilməyəcəyi çox aydındır. Allahdan başqa heç bir gücün belə mükəmməl sistemlər yaratması, üstəlik, bunun həmin canlının bütün növlərində olmasını təmin etməsi qətiyyən mümkün deyil. Bu açıq həqiqəti ilanlardakı digər sistemlərə aid bəzi nümunələri nəzərdən keçirərək yenidən görək.

 

  • İlanlardakı ovlanma mexanizmləri

İlan, iybilmə orqanı olan haçalı dilinin köməyi ilə, zülmət qaranlıqda yarım metr qarşısında yerə çömbəlib oturmuş hərəkətsiz bir canlının varlığını hiss edə bilər. Gecə qaranlığına baxmayaraq, istilik qəbuledici sistem sayəsində ovunun yerini tam düzgün şəkildə müəyyənləşdirir. İlan əvvəlcə ovuna səssizcə yaxınlaşır, hücum edəcəyi məsafəni alır, sonra boynunu yay kimi gərər və ovunun üzərinə böyük sürətlə atılar. Artıq bu əsnada 1800 açıla bilən güclü çənəsindəki dişlərini ovuna keçirmişdir. Bütün bunlar, bir avtomobilin yarım saniyə müddətində sıfırdan 90 km/saat sürətə çatması ilə eyni sürətdə olub bitir.


İlanın, ovunu təsirsiz hala gətirmək üçün işlətdiyi ən böyük silahı isə “zəhər dişləri”dir. Bu dişlərin uzunluğu təxminən 4 sm-dir. Dişlərin içi oyuqdur və zəhər vəzlərinə bağlıdır. Bu vəzlərin əzələləri, ilan ovunu dişlədiyi anda yığılar və zəhəri əvvəlcə diş kanalına, oradan da ovun dərisinin altına təzyiqlə ötürərlər. İlanın zəhəri, ya ovun mərkəzi sinir sistemini iflic edər, ya da qanını laxtalandıraraq ölümünə səbəb olar.

 

  • İlanlar istilik yayan cismin həqiqi ov olub-olmadığını necə anlayarlar?

Aparılan bir təcrübə nəticəsində ilanın, istilik reseptorunun və haçalı dilinin ortaq fəaliyyəti sayəsində istilik yayan cismin həqiqi ov olub-olmadığını müəyyənləşdirdiyi ortaya çıxmışdır. Qaranlıq mühitdə ilanın önünə isti bir qum torbası və ölü bir heyvan qoyulmuşdur. İlan əvvəlcə dərhal torbanın üzərinə hücuma keçir, ancaq onu yeməyə çalışmır. Heyvandan istilik yayılmamasına baxmayaraq, onunla rastlaşdıqda diliylə yoxlamış və sonra da onu yeməyə başlamışdır. Əgər belə olmasaydı, ilan istilik yayan bütün cisimlərə hücum edib onları sancacaq və beləliklə vaxtını boş yerə itirəcəkdi. Ancaq iki duyğu sisteminin bir-birini tamamlayacaq xüsusiyyətlərdə yaradılması sayəsində belə vəziyyət ortadan qaldırılmışdır.


Bir canlının gecə görmə sisteminə, səhvsiz yer müəyyənləşdirmə xüsusiyyətinə və başqa bir heyvanı zəhərləyərək öldürmək üçün lazımi təchizata sahib olması, təəccüblü və mükəmməl bir xüsusiyyətdir.


Allahın açıq-aşkar görünən varlığını israrla inkar edənlər, əlbəttə ki, ilanın belə üstün qabiliyyətə necə sahib olduğunu izah edə bilməzlər. Çünki ilanın ağzında yerləşən zəhər sistemi, olduqca mürəkkəb və xüsusi plan əsasında hazırlanmış sistemdir. Bu sistemin işləməsi üçün, heyvanda əvvəlcə içləri oyuq xüsusi "zəhər dişləri", sonra bu dişlərə bağlanmış zəhər vəziləri, ən sonunda isə, bu vəzlərin içində düşmənlərini dərhal iflic edəcək qədər güclü bir zəhər əmələ gəlməlidir.


Həmçinin heyvan ovunu sancdığı anda bu sistemi işə salacaq bir refleksin yaranması da şərtdir. Bu çox hissəli sistemin tək bir hissəsi belə olmasa, sistem işləməyəcək. Bu da ilanın ovlamaq üçün seçdiyi heyvanlara yem olmasıyla nəticələnəcək bir vəziyyətdir.
Bütün bunlarla yanaşı, zəhərin ilana heç bir zərər verməməsi də başlı-başına araşdırılmalı bir incəlikdir. İlanın bədənində həm zəhər, həm də zəhəri saxlayacaq bir sistem var. Zəhərin yerləşdiyi vəzlərin qoruyucu xüsusiyyətdə olması vacibdir, əks halda zəhər ilanın bədəninə yayılacaq və onun ölümünə səbəb olacaq. Göründüyü kimi, zəhər sistemi bütöv halda yaranmalıdır. Belə bir sistemin xəyali təkamül prosesində mərhələli şəkildə əmələ gələ bilməyəcəyi ortadadır.


Zəhər sistemi üzərində düşünmək təkamülçülərin "təsadüfən yaranma" iddialarının gülünclüyünü ortaya çıxarmaq üçün kifayətdir. Təkamülçülərin iddiaları xəyali fərziyyələrdən ibarətdir. İstilik reseptorlarının və ya zəhər dişlərinin daha əvvəl olmadığı halda, bir gün birdən-birə əmələ gələ bilməyəcəyi aydındır. Bunun üçün əvvəlcə dişlər, sonra da onların içindəki boşluqlar əmələ gəlməlidir. Daha sonra orqanizm, digər canlılara necə bir zəhərin təsir göstərəcəyini öyrənməli, sonra isə bu formul əsasında zəhəri hazırlamalıdır ki, bu saydıqlarımız baş verməsi lazım olan mərhələlərin çox səthi şəkildə təsviridir. Bura qədər verilən nümunələrdən də göründüyü kimi, ilanların bədən sistemlərindəki hər şey mürəkkəb və bir-birləriylə əlaqəlidir. Hər şey ən incə nöqtəsinə qədər mükəmməl incəliklərə malikdir. Bu isə çox açıq şəkildə yaradılışı sübut edir. İlanları, mükəmməl qoxu hiss etmə qabiliyyətləri, zəhər sistemləri və digər bütün xüsusiyyətləri ilə birlikdə yaradan üstün güc sahibi olan Allahdır. Bütün bu açıq-aydın dəlillərə baxmayaraq, Özünə iman etməməkdə israr edənləri Allah Quranda zalım adlandırır və belə buyurur:

 

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Geri