Güvələrin ixtisaslaşma sahəsi: ultrasəs dalğalar

Bir heyvanın yaşaya bilməsi üçün düşmənini və ya ovunu seçə bilməsi ən zəruri ehtiyacıdır. Bəzi güvə növləri bu mövzuda böyük üstünlüyə sahibdirlər. Çünki ən böyük düşmənlərinin, yəni yarasaların ovlanarkən istifadə etdikləri yüksək tezlikli səs dalğalarını eşidə bilərlər.
Tufts Universitetindən bir neçə tələbə və elm adamı, gecə kəpənəklərinin mərkəzi sinir sistemini öyrənmişdirlər. Məqsəd; güvənin mərkəzi sinir sistemini qulağa bağlayan duyğulardakı nizamın sirrini açmaq və güvənin yarasadan necə xilas olduğunu tapmaqdı.
Araşdırmalar nəticəsində qulaqlarındakı xüsusi sistem sayəsində güvələrin, yarasanın ovlanma sistemini dəldikləri aydın olmuşdur. Yarasa ilə əlaqədar məlumatlar, güvənin qulağından mərkəzi sinir sisteminə yalnız iki lif vasitəsilə ötürülür. Sadə quruluşa sahib olduğu təəssüratını verən bu sistem, əslində güvənin ultrasəs dalğalarını hiss etməsini təmin edəcək qədər mükəmməl dizayna malikdir.

 

  • Düşmənin döyüş planını ələ keçirmək

Böcək yeyən yarasalar gecə qaranlığında uçarkən, bir sıra yüksək tezlikli qışqırıqlar atarlar. Beləliklə əks-səda dalğalarının gəlmə istiqamətini və uzaqlığını müəyyənləşdirib ovlarını tapmağı bacararlar. Bu radar o qədər həssasdır ki, yarasaların ağcaqanaddan belə kiçik böcəkləri tapıb tutmasını təmin edər. Yarasa çox müvəffəqiyyətli ovçudur, ancaq gecələr uçan bəzi güvə növləri (lat. noctuidae, geometridae və arctiinae ailəsinin üzvləri) yarasaların yaydıqları ultrasəs dalğalarını eşidən qulaqlara malikdir. Bu qulaqlar güvələrin qanadlarının altında yerləşir və "erkən xəbərdarlıq sistemi" kimi çalışırlar. Bu sayədə yarasaya yem olmaqdan xilas olurlar.
Güvələr bir yarasanın yaxınlaşdığını hiss etdikləri zaman, hər zamanki uçuşlarından fərqli olaraq iti uçuşlar və ya qarışıq halqalar edərlər. Bəzən də maksimum sürətlə yarasanın göndərdiyi yüksək tezlikli səs dalğalarının gəldiyi istiqamətin tam əksi istiqamətində uçarlar. Nyu-York Şəhər Universitetindən (City University of New York) Asher E. Treat, yarasaların gəliş istiqamətinə görə fərqli istiqamətdə hərəkət edən güvələrin yaşama şanslarının digərlərinə görə olduqca yüksək olduğunu müşahidə etmişdir.


Güvənin qulağı, bizim qətiyyən eşidə bilməyimiz, 3200 metrdən daha uzaqdan gələn yarasaların buraxdığı ultrasəs dalğalarını eşidə bilir. Bundan başqa, bu dalğalarla yanaşı saniyədə 10 kilohersdən 100 kilohersin artıq tezliki dalğaları belə hiss edə bilər. Ən böyük qabiliyyətləri isə, impuls səslərini (yəni səssizlik şəraitində hərdənbir ortaya çıxan qısamüddətli ani səsləri) hiss etmələri və səs şoklarının yüksəklikləri arasındakı fərqi ayırd etmələridir. Bunlar güvə ilə yarasanın vuruşmasında güvə üçün böyük üstünlüklərdir.
Vuruşan iki ölkədən birinin digərinin döyüş planını ələ keçirməsi, əlbəttə ki, çox əhəmiyyətlidir. Onların istifadə edəcəkləri silahların xüsusiyyətləri və hansı taktikadan istifadə edərək hücum edəcəkləri barədəki məlumatlar, qələbəni asanlaşdıracaq məlumatlardır. Güvələr də məhz yarasaların işlədəcəkləri bütün hücum taktikalarından xəbərdar olmaları sayəsində qalib gəlirlər. Əlbəttə ki, bu güvələrin mükəmməl şəkildə dizayn olunaraq yaradılmalarının bir nəticəsidir. Güvənin, yarasanın səsini qəbul edərkən bir çox alternativ variantın reallaşma ehtimalı var. Ancaq bunlar arasında tam olaraq güvənin işinə yarayacaq variant reallaşar və güvə yarasadan xilas olar. Bu ehtimalları araşdıraraq güvənin bacardığı işin əhəmiyyətini vurğulayaq:


Güvənin səs dalğalarını qəbuletmə uzaqlığı yarasanınkından daha az olsaydı, qulaqları yarasadan qorunmasına fayda verməyəcəkdi. Bu təqdirdə güvə yarasanın varlığından xəbərdar olub önündən qaçmağa çalışsa belə, yarasa onu tapacaq və daha sürətli uçduğu üçün də nəticədə onu tutacaqdı. Bundan başqa, güvə çox yaxınlığındakı yarasanı uzaqdaymış kimi hiss edə bilər və ya yarasanın göndərdiyi səsin gəlmə istiqamətini səhv anlayaraq ondan qaçmaq əvəzinə ona doğru uça bilərdi...


Lakin bu saysız ehtimallara baxmayaraq, güvələr ən doğrusunu edərlər və yarasaya yem olmaqdan xilas olarlar.
Əhzab surəsinin 52-ci ayəsində; "Allah hər şeyə nəzarət edəndir" deyə buyurulur. Güvələr də yer üzündəki bütün canlılar kimi, Allahın bədənlərində yaratdığı mükəmməl sistemlər və bunları necə istifadə edəcəklərinin özlərinə ilham edilməsi sayəsində həyatlarını davam etdirirlər. Eləcə də, Allahın ilhamı ilə ağıllı hərəkətlər edir, düzgün seçim aparırlar. Güvələrdəki sistem də bunun saysız dəlilindən biridir.

 

  • Güvələrdəki mükəmməl eşitmə sistemi

“Scientific American” jurnalında dərc olunan məqalələrdən istifadə edilərək hazırlanan “Animal Engineering” adlı kitabda qeyd olunan məlumatlar, güvələrin bədənində qüsursuz kompleks bir sistem olduğunu göstərir:
Güvənin qulaqları döş qəfəsinin arxa hissəsinin yan tərəflərində yerləşir. Qulaq, əsas etibarilə böcəyin döş qəfəsi ilə qarınını ayıran dar bir keçidə yerləşdirilmişdir. Qulaqlar kənardan baxan biri üçün, kiçik bir oyuq kimi görünə bilər. Bu oyuqların hər birinin içində şəffaf qulaq pərdəsi var.


Sonrakı sətirlərdə yaxşı şəkildə görüləcəyi kimi, güvənin qulağındakı bütün incəliklər daha yaxşı eşitməsini və yarasanın qışqırığını analiz etməsini təmin edəcək xüsusiyyətdədir.
Keçidin orta qulaq deyə adlandırılan hissəsində yerləşmiş pərdənin arxasında bir hava kisəsi var. Güvənin eşitmə sistemindəki hissələrin yerləşdiyi bir sıradan ibarət nazik toxuma da, hava kisəsini uzunasına kəsib keçərək qulaq pərdəsinin ortasından skelet dayağına qədər uzanır. Bu sıra üzərində A hüceyrəsi deyə adlandırılan iki eşitmə hüceyrəsi yerləşir. Bu iki hüceyrəyə bitişik olan və B hüceyrəsi deyə adlandırılan, səslə birbaşa əlaqədə olmayan üçüncü bir hüceyrə də var.


Hər A hüceyrəsi, bir ucu çölə, yəni qulaq pərdəsinə doğru, digər ucu da içəri, yəni skelet dayağına doğru uzanan bir sinir lifi göndərir. Güvənin qəbul etdiyi yüksək tezlikli səs dalğalarıyla bağlı bütün məlumatlar A1 və A2 deyə adlandırılan bu iki A lifi vasitəsilə mərkəzi sinir sisteminə ötürülür. Hər iki A lifi də böyük B hüceyrəsinin çox yaxınlığından keçir. B hüceyrəsinin də bir sinir lifi var və qısa məsafə sonra üç lif halında birləşir. Birləşən üç lif, orta qulaq siniri olaraq güvənin mərkəzi sinir sisteminin içinə doğru davam edir.
Sinir liflərindəki elektrik siqnalları 1 voltun mində 1-2-si qədərdir. Güvənin A liflərindəki siqnallar, duyğu hüceyrələrindən mərkəzi sinir sisteminə saniyənin mində iki hissəsindən daha qısa müddətdə çatar.


Bu sinirlər, yarasaların yaydığı səs dalğalarını qəbul edə biləcək potensiala malikdir. Həmçinin bu dalğalar arasındakı dəyişiklikləri və dalğaların ölçülərini müəyyənləşdirmə məsələsində olduqca həssasdırlar. Güvə, liflərin bütün bu xüsusiyyətləri sayəsində, uzaqdakı bir yarasanın uzun və zəif qışqırığını, öldürmək məqsədiylə yaxınlaşan bir yarasanın şiddətli qışqırığından ayırd edə bilər.

 

  • Güvə bu fərqləndirməni necə bacara bilir?

Elm adamları bu suala cavab verə bilmək üçün; "güvə, qulağına çatan məlumatlardan hansını qiymətləndirir və necə bir nəticə çıxardır?" suallarına əsaslanaraq araşdırmalara başlamışdırlar. Təkamülçülərin "təsadüfi yaranma" iddialarını yox edən bu incə xüsusların bəziləri belədir:


Elm adamları mövzuyla əlaqədar mikroskopik elektrik axınlarını müəyyən edən bir alətlə (osiloskopla) ölçmə işləri aparıblar. Bir güvənin qulağı yarasanın qışqırığı tərəfindən oyandırıldığı zaman osiloskopda A hüceyrəsinin dərhal fəaliyyətə keçdiyinə dair iti yüksəlmələr meydana çıxar. Oyandırılma dərəcəsi gücləndikcə sinirdəki elektrik siqnallarında da dəyişikliklər müşahidə olunar. Birincisi siqnalların böyüklükləri artar, ikincisi siqnallar arasındakı vaxt intervalı azalar, üçüncüsü isə, əvvəlcə A1 lifində ortaya çıxan yüksəlmələr, eyni anda hər iki lifdə də ortaya çıxar. (A1 lifi səs qəbuletmə məsələsində A2 lifindən daha həssasdır.) Dördüncü olaraq da, oyandırılma dərəcəsi nə qədər böyükdürsə, A hüceyrəsi də o qədər sürətli şəkildə yüksəlti meydana gətirər.


Bu məlumatları qiymətləndirən elm adamlarını cavablandırılmalı yeni suallar gözləyir. Artan güclü oyandırılma dərəcəsi qarşısında güvənin eşitmə reaksiyasıyla əlaqədar hansı dəyişiklik, güvənin davranışını müəyyənləşdirir? Elm adamları; "güvənin bxış prizması" deyə xarakterizə etdikləri təxmin etmə üsulunu istifadə edərək bu nəticələrə gəlmişdirlər:


Güvənin birinci növ məlumatlar, (yəni A yüksəlmələrinin sayı) əsasında hərəkət etməsi onu ölümcül səhvə yönəldə bilər. Məsələn, güvə uzaqdakı bir yarasanın uzun və zəif qışqırığını, özünü öldürmək üzrə yaxınlaşan bir yarasanın şiddətli qışqırığıyla qarışdıra bilər.
Belə bir xətanın qarşısı, ancaq güvənin yarasanın qışqırığının dərəcəsini müəyyənləşdirməsi üçün ikinci məlumatdan (sivri yüksəltiləri arasındakı aralıqları) istifadə etməsiylə alına bilər.


Üçüncü tip məlumat (A2 lifinin fəaliyyəti) “erkən xəbərdarlıq” mesajını, “üstünə götürmək” mesajı halına gətirmək işinə yaraya bilər.
Dördüncü tip məlumat (bir iti yüksəlmənin meydana gəlməsi üçün lazım olan vaxt) gəzən yarasanın yerini müəyyənləşdirmək üçün lazım olan məlumatı güvə üçün təmin edə bilər. Məsələn, əgər səs güvənin sol qulağında sağdakı qulağından daha güclüdürsə, o zaman A yüksəlmələri, mərkəzi sinir sisteminin sol tərəfinə sağ tərəfindən bir millisaniyənin kiçik bir hissəsi qədər daha tez zamanda çatacaq.
Bunlar güvənin yarasa ilə əlaqədar qərarı verərkən hansı mümkün variantlardan və necə bir sistemdən istifadə etməsi ilə əlaqədar təxminlərdir. Bir də güvənin aydın şəkildə müşahidə edilə bilən davranışları var.


Əgər güvənin qəbul etdiyi səs zəifdirsə və qarşı tərəfdən gəlirsə, güvə dərhal əks tərəfə dönərək uçar. Çünki səsin zəif olması yarasanın hələ güvənin yerini müəyyənləşdirmədiyini, dolayısilə onun arxasına düşmədiyini göstərir. Çünki yarasalar ovlarının yerini müəyyənləşdirib hücum edərkən qısa fasilələrlə səs dalğaları yaymağa başlayarlar. Zəif dalğaları qəbul edən güvə, istiqamətini dəyişdirərək arxasında qoyub oradan uzaqlaşar.
Əgər güvənin qəbul etdiyi siqnallar güclüdürsə, o, ya qəfildən yerə doğru enişə keçər, ya da havada bir sıra kəskin manevrlər edər. Bütün bunların məqsədi yarasanın əlindən xilas olmaqdır.

 

  • Güvənin dəstək sistemləri

Güvənin iki qulağa sahib olması, ona səsin gəldiyi istiqaməti müəyyənləşdirmə imkanı da verir. Əgər yarasa güvənin solunda isə sağdan gələn səs dalğaları, soldakına nisbətən saniyənin mində biri qədər gec qəbul edilər. İki qulaq arasındakı bu qəbul etmə fərqi, güvənin səsin gəldiyi yeri müəyyənləşdirməsi üçün kifayətdir.


Şübhəsiz ki, güvənin qulaqlarındakı təəccüblü xüsusiyyətlər bunlarla məhdudlaşmır. Bəzi güvələrin qulaqları membrana bənzər quruluşdan əmələ gəlmiş bir qapağa malikdir. Bu qapaq eynilə bizim qulaq seyvanımız kimi funksiya yerinə yetirir. Səsləri toplayaraq, eşitmə potensialının gücləndirilməsinə kömək edir.


Bütün bunlarla yanaşı, bəzi güvələr həm ultrasəs dalğalarını qəbul edər, həm də belə səsləri yaya da bilərlər. Bu güvələr yarasanın varlığını hiss etdiklərində qaçmaqdan ziyadə ultrasəs dalğaları yayarlar. Ancaq bu təəccüblü haldır. Çünki yarasalar ultrasəs dalğalarını qəbul etməkdə tamamilə məharət sahibidirlər. Bu təqdirdə güvənin bu hərəkətinin intiharla eyni olduğunu düşünə bilərsiniz. Ancaq yarasalar bu cür güvələrlə qarşılaşdıqlarında gözlənilənin əksinə sürətlə oradan uzaqlaşmağı seçərlər. Elm adamları bu davranışın iki təmələ əsaslana biləcəyini düşünürlər:

 

  • Güvənin yaydığı səs dalğaları yarasanın qəbuletmə sistemini korlayır.
  • Səs dalğaları yayan güvələr yarasaların sevmədiyi dada malikdirlər. Yarasa bu səsi qəbul etdiyi vaxt, dadsız bir ovla qarşılaşdığını düşünür.

Bura qədər verilən məlumatlara nəzər saldıqda, həm güvələrin davranışlarında çox açıq şəkildə şüur olduğu görülür, həm də bədənlərindəki müəkəmməl dizayn diqqət çəkir. Güvənin ultrasəs dalğalarını qəbul etməsi, bunları şərh edə bilməsi, əks dalğalar göndərə bilməsi ayrı-ayrı dizaynlar tələb edən xüsusiyyətlərdir.
Güvənin yarasanın səsini eşidə bilməsi, bir sıra mürəkkəb əməliyyatlar sayəsində mümkün olur. Bu əməliyyatlardan birini, məsələn, A1 lifi ilə A2 lifi arasındakı qəbuletmə fərqini aradan qaldırsanız güvə, yarasa qışqırıqları arasındakı fərqi hiss edə bilməz və ya qulaq pərdəsinin quruluşuna xələl gəldikdə, güvə artıq heç nə eşidə bilməz. Güvənin yarasanın səslərini qəbul etməsi də, təklikdə heç nə ifadə etməz. Böcəyin yaşaya bilməsi üçün, düşmənin varlığına reaksiya verəcək bir sinir sisteminin də olması şərtdir.
Bu sinir sistemində, müəyyən əzələləri hərəkətə keçirərək qaçmağı təmin edən reaksiyalar nizamlı surətdə baş verməlidir. Sinir sisteminin, müəyyən nizama malik məlumatı, yəni yarasanın qışqırıqlarını, güvənin qaçış hərəkətinə çevirən sistem, "mürəkkəb bir sistem"dir.


Bu sistem üzərində bir qədər düşündükdə təkamül nəzəriyyəsinin müəyyən zaman müddətində yaranma iddialarının nə qədər ağılsız olduğunu yenidən görərik. Təkamül nəzəriyyəsi canlıların yalnız təsadüfi dəyişikliklər nəticəsində yarandıqlarını iddia edir. Ancaq güvənin eşitmə sistemi; "sadələşdirilə bilməz mürəkkəbliyə" malikdir. Yəni güvənin eşitmə sistemi, ancaq tərkibindəki hissələrin bütöv halda işləməsiylə öz funksiyasını yerinə yetirə bilir. Hissələrdən təkcə biri belə olmasa və ya gərəyi kimi işləməsə sistem heç bir işə yaramayacaq. Dolayısilə təkamülçülərin "təsadüf" anlayışının etibarlılığı yoxdur.


Canlılardakı sistem və orqanların əksəriyyəti bu sadələşdirilə bilməz mürəkkəbliyə malikdir. Bu anlayışın darvinizmə çox açıq şəkildə zərbə endirdiyini, Darvin də anlamışdır. Darvin, “Növlərin mənşəyi” adlı kitabında bu etirafı edir:
“Əgər ardıcıl baş verən çox sayda kiçik dəyişikliklər nəticəsində kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu göstərilsə, nəzəriyyəm tamamilə süqut edəcək...”


Müasir texnologiya sayəsində canlılarda kompleks sistemlər olduğu açıq şəkildə göstərilmişdir və təkamül nəzəriyyəsi süqut etmişdir. Darvin nəzəriyyəsini elmin olduqca zəif inkişaf etdiyi dövrdə ortaya atmışdır. O dövrdəki texniki təchizat, məlumat çatışmazlığı və dolayısilə dar düşüncə tərzi təkamül nəzəriyyəsinin bütün iddialarında açıq şəkildə özünü göstərir. Lakin hal-hazırda XXI əsrdəyik və texnologiya inkişaf etmiş vəziyyətdədir. Elmi inkişafların canlılardakı mükəmməl strukturları ortaya çıxardığı bir zamanda, hələ də israrla darvinizmi müdafiə edənlərin olması, əlbəttə ki, düşündürücü haldır.


Canlılardakı fövqəladə strukturlar, onların təsadüfən yaranmadıqlarını və üstün yaradılışla yaradıldıqlarını açıq şəkildə sübut edir. Bütün canlı və cansız varlıqları, bir anda ən mükəmməl şəkildə yaradan uca Allahdır. Darvinizmi israrla müdafiə edənlərinsə, aşağıdakı ayə üzərində düşünmələrində fayda var:

 

De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?” (Yunis surəsi, 35)

Geri