Giriş

Çox fərqli sahələrə ayrılan mühəndislik elminin məqsədi, insan həyatını daha rahat, daha etibarlı hala gətirmək və gündəlik həyatı asanlaşdırmaqdır. Körpülərin təhlükəsizliyindən, nəqliyyat vasitələrinin rahatlıq və sürətinə, evdə istifadə edilən sadə mətbəx alətlərindən, müharibə texnologiyasına qədər insan həyatının parçası olan bir çox xırdalıqlar mühəndislik məhsuludur. Bu dizayn nümunələri savadlı və təcrübəli mühəndislərin illərlə davam edən araşdırmaları, təcrübələri və fəaliyyətləri nəticəsində ortaya çıxar.

 

Məsələn, işlətdiyimiz soyuducunu bir mühəndis dizayn etmişdir; eləcə də, televizorunuzu, maqnitofonunuzu, liftinizi, saatınızı, avtomobilinizi, kompyuterinizi, istehsalat maşınlarını, peykləri, kosmos məkiklərini və sair və ilaxır. Bütün bunlar dəqiq planlama və dəqiq hesablama işlərinin, öz peşəsində ixtisaslaşmış çox sayda insanın iş və zəkasının məhsuludur.

Eynilə bizim həyatımızı asanlaşdıran bu dizayn nümunələri kimi, təbiətdəki canlılarda da saysız dizayn nümunələri var: Mükəmməl işləyən qanadlar, kimya laboratoriyaları kimi işləyən hüceyrələr, qaranlıqda görməyi təmin edən infraqırmızı şüaları qəbul edən gözlər, zərbələrə və pis mühit şəraitinə dözümlü dərilər, sürüşkən zəmində yeriməyə imkan verən yapışqan ayaqlar bunlardan yalnız bir neçəsidir.

 

Canlılardakı bu cür mükəmməl dizayn nümunələriylə, texnologiya ilə paralel şəkildə inkişaf edən insanların yaratdığı dizayn nümunələri müqayisə edildikdə ortaya təəccüblü bir nəticə çıxır: Dizayn edilən məhsulların demək olar ki, hamısı, təbiətdəki canlıların təqlidi olmaqdan kənara çıxmır, hətta çox vaxt canlılardakı üstün sistemlərin səviyyəsinə çata bilmir.

Geri