Əqrəbin hissetmə bacarığı

Səhrada yaşayan qum əqrəbləri, kiçik heyvanlar arasında ən təhlükəlilərdəndir. Bu əqrəb növünün gözləri demək olar ki, heç görməz. Buna baxmayaraq, gecələri ovlarının yerini böyük məharətlə müəyyənləşdirə bilərlər. Bəs bu təəccüblü hadisə necə baş verir?
Bu vəziyyət, əqrəbin səkkiz ayağında da yerləşən yarıq formasındakı mükəmməl reseptorlarla əlaqədardır. Bu reseptorlar, millimetrin milyonda bir hissəsindən daha kiçik titrəyişlər yaradan hərəkətləri belə müəyyənləşdirəcək qədər həssasdırlar.
Bir kəpənəyin əqrəbin yaxınlığındakı bir yerə qonduğunu düşünək. Yerə qonan kəpənək yerdə iki cür titrəyiş dalğası meydana gətirər. Birincisi saniyədə 150 ​​metr sürətlə yayılan həcm dalğalarıdır. İkincisi isə, səthə paralel şəkildə saniyədə 50 metr sürətlə yayılan "R" adlı dalğalardır. Ova olan məsafə, bu iki dalğanın əqrəbə çatma müddətləri arasındakı fərq müəyyənləşdirilərək hesablanır.


Əlbəttə ki, ovun nə qədər uzaqda olduğunu bilmək tam müəyyənləşdirmə mənasını verməz. Dolayısilə hədəfin hansı istiqamətdə olduğunun bilinməsi də vacibdir.


Əqrəbin qıçları təxminən 5 sm. Diametrli xəyali bir dairə üzərində yerə dəyər. Dolayısilə ovun yaydığı R dalğasının əqrəbin ova ən yaxın olan ayağına çatmasıyla, ən uzaqdakı reseptora çatması arasında təxminən 5 millisaniyə (saniyənin iki yüzdə bir hissəsi) fərq yaranar. Reseptorlardan biri R dalğasını müəyyənləşdirdiyi vaxt, sinir hüceyrələri əqrəbin sinir sistemi mərkəzinə bir siqnal göndərər. Bu xəbərdarlıq siqnalı, qarşı tərəfdəki üç ayaqdan gecikərək gələn dalğaları qəbul edən sinirə də ötürülər. Ancaq bu üç ayaqdan gələn siqnallar müvəqqəti dayandırılaraq sinir sistemi mərkəzinə dərhal çatmaz.


Beləliklə də, hər dəfə erkən gələn siqnalın gəldiyi ayaqla digər tərəfdəki üç ayağın mövqeyi qiymətləndirilər. Bu qiymətləndirmə əsasında da, dalğanın gəldiyi istiqamət müəyyənləşdirilər.


Əgər xəbərdarlıq siqnalı ilə müvəqqəti dayandırılan siqnalların ayaqdakı reseptorlara çatması arasındakı fərq saniyənin beş yüzdə bir hissəsi qədərsə, sinir sistemi mərkəzi hər iki siqnalı da eyni anda qəbul edər. Bu isə əqrəb üçün, hərəkətə keç və "hücum üçün mükəmməl dizayn olunmuş silahlarını işlət" mənasını verir.


Ayaqlardan gələn siqnalları emal edən 8 sinir hüceyrəsi sanki komitə kimi toplanıb, hər dəfə ovun istiqamətini ortaq qərar əsasında müəyyənləşdirirlər.


Bəs bu proses necə reallaşır? Bunun üçün sinir hüceyrələri hər dəfə yığıncaq keçirir, məlumatları müəyyənləşdirərək və nəticəyə mi gəlirlər?


Belə bir yığıncaq keçirilmədiyi, sinir hüceyrələrinin yalnız zülal, yağ və sudan ibarət olan canlılar olduğu, ağla və şüura sahib olmadıqları aydındır.

 

Bu mexanizm milyonlarla ildən bəri yaşamış hər əqrəbdə eynidir. Təkamülçülərin iddia etdiyi kimi, təsadüfən və müəyyən zaman müddətində yaranmamış və ya sonradan əlavə olunmamışdır. Əqrəbi, sonsuz qüdrət sahibi olan Allah mükəmməl dizaynla yaratmışdır.

Geri