Əhəmiyyətli bir mənbə: diatomlar

Diatomlar, mikroskopik bitki mənşəli yosunlardır. Ən böyükləri 1 millimetr diametrində olan bu kiçik canlılardan 1 sm3 dəniz suyunda, təxminən 10 min ədəd mövcuddur. Ancaq bütün diatomlar suda yaşamazlar. Bəziləri torpağın üstündə, yosunlara yapışmaqla ağaclarda və hətta kifayət qədər rütubət olduqda divarlarda belə yaşaya bilərlər. Bu qızıl sarısı, qəhvəyi rəngli yosunlar işıq, su, karbondioksid və lazımi qidaların olduğu hər yerdə yaşayırlar.


Həm quruda yaşayan canlılar, həm də insanlar, həyatlarını bir mənada diatomlara borcludurlar. Etdikləri fotosintez sayəsində, tənəffüs olunan oksigenin böyük hissəsini diatomlar əmələ gətirər. Diatomların üzərində çox sayda məsamə var. Bu məsamələr qidaların içəriyə daxil olmasına və qaz alış-verişinə imkan verir. Diatomlar oksigen istehsal edən mikrofabriklər kimi çalışırlar. Trilyonlarla diatom, bu qaz alış-verişi nəticəsində öz ehtiyaclarından qat-qat artıq oksigen əmələ gətirərək atmosferdəki oksigen miqdarına olduqca böyük töhfə verərlər.


Bundan savayı, dənizlərdəki qida zəncirində də çox mühüm rol oynayarlar. Diatomlar, zooplanktonları əmələ gətirən kiçik canlıların əsas qida mənbəyidir. Zooplanktonlar da, daha böyük növlər üçün qida mənbəyi olan, siyənək kimi balıqlar tərəfindən yeyilir. Məsələn, olduqca böyük canlı olan qozbel balina kimi canlılar diatomlarla qidalanar. Bir balinanın bir neçə saat tox qala bilməsi üçün, ona bir neçə yüz milyard diatom lazımdır.


Diatomların ən diqqətçəkici xüsusiyyətləri isə, özlərinin əmələ gətirdikləri qabıqlarıdır. Diatomlar əla memarlardır. Özləri üçün dənizdə opaldan evlər inşa edərlər. Bu evlər bəzən parıldayan bir qozanı, bəzən bir spiralı, bəzən də işıldayan kristal bir çilçırağı xatırladar. Qəribə olan budur ki, iyirmi beş mindən çox diatom növü olmasına baxmayaraq, heç birinin qabığı başqasınkına bənzəmir. Diatomlar da, eynilə bir qar dənəsinin digərinə bənzəməməsi kimi, fərqli görünüşlərə sahibdirlər.


Diatomlar suda həll olmuş silisiumu, qiymətli bir daş olub, opala bənzəyən silisium-dioksidə çevirməklə qabıq əmələ gətirərlər. Bu çevrilmə nəticəsində əmələ gələn şüşə bənzəri qabıqlar inanılmaz müxtəlifliyə və mükəmməl arxitekturaya sahibdirlər. Diatomların üzərində yerləşib, qidaların içəriyə daxil olmasına və qaz alış-verişinə imkan verən məsamələr, eyni zamanda quruluşu da nazildərlər. İndi çox mükəmməl dizayn etmə qabiliyyətinə malik bir memarı düşünün. Ancaq bu memar nələrdən istifadə edəcəyini tam bilməsin və ya arxitektura dizaynı etməsi üçün lazımi vəsaitləri tapa bilməsin. Təkcə dizayn etmə qabiliyyətinə malik olmağın heç bir əhəmiyyət kəsb etməyəcəyi çox aydındır. Halbuki diatomlar həm dizayn etmə qabiliyyətinə malik, tayı-bərabəri olmayan memarlar kimi hərəkət edər, həm də kiçik bədənlərində bəzi kimyəvi tənzimləmələr apararaq mükəmməl əsərlər meydana gətirərlər. Diatomlar təxminən sancaq başı böyüklüyündə olan, sinir sisteminə və ya beyinə malik olmayan mikroskopik canlılardır. Bu canlıların kimya və ya memarlıq təhsili almış kimi, əmələ gətirdikləri olduqca estetik qabıqların təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi çox aydındır. Üstəlik, bütün diatomlar eyni vəsaitdən istifadə edərək, eyni xüsusiyyətlərdə və eyni mükəmməllikdə, lakin görünüş etibarilə bir-birindən tamamilə fərqlənən qabıqlar əmələ gətirərlər. Diatomlardakı bu əla memarlıq qabiliyyəti və sonsuz müxtəliflik, əlbəttə ki, Allahın bənzərsiz sənətinin təcəllisidir.

 

  • Dəqiq planlama

Diatomlar üzərində tədqiqatlar aparan elm adamlarının izləyə biləcəyi ən möhtəşəm anlar, çoxalma zamanlarıdır. Əvvəlcə diatomların kapsula bənzəyən qabıqları iki yerə ayrılar. Daha sonra diatomun nüvəsi iki yerə ayrılaraq hər biri yarım qabığın içinə girər. Yeni diatomlar daha sonra yarımçıq qalan hissələrini bərpa etməyə başlayarlar. Qabığın bir yarısından ibarət diatomlar bir az daha kiçikdirlər. Onlar bölündükcə daha da kiçilərlər.


Diatomlar çox böyük sürətlə, bəziləri səkkiz hətta dörd saatdan bir bölünərək çoxalarlar. Bundan ötrü də, 10 gün ərzində bir diatomdan təxminən 1 milyard diatom əmələ gələ bilər. Şübhəsiz ki, bu olduqca mühüm planlamadır. Diatomların dünyadakı ən mühüm oksigen mənbələrindən biri olmalarına baxmayaraq, sürətli çoxalma xüsusiyyətlərindən məhrum olduqlarını düşünün. Şübhəsiz ki, bu təqdirdə əmələ gətirilən ümumi oksigen miqdarı heç vaxt kifayət etməyəcəyi üçün diatomların bu xüsusiyyətləri heç bir məna ifadə etməyəcək.
Ən sadə fabrikdə belə malların istehsal həcmi və istehsal sürəti üçün müəyyən plan qurulmalıdır. Əks halda fabrik bazara ya normadan az, ya da normadan çox mal çıxardacaq. Dolayısilə bir müddət sonra istehsal üçün lazım olan yeni xammal mənbələri yarada bilməyəcək. Sırf bu səbəbdən ötrü, universitetlərdə istehsal prosesinin təşkilatlanması və planlaşdırılması təhsili verilir.


Bu vəziyyət ağla diatomların bu planı necə qurduqları sualını gətirir. Diatomlar dünyadakı oksigen ehtiyacını qarşılamaq üçün saylarını nə qədər və hansı sürətlə artırmalı olduqlarını öz-özlərinə bilərlər mi? Üstəlik, bir istehsalat mühəndisi kimi istehsalın artım tempini, bir sənaye mühəndisi olaraqsa bir istehsal üsulunu meydana gətirə bilərlərmi? Şübhəsiz ki, xeyr! İnsanların belə uzunmüddətli ixtisas təhsilindən sonra qazandığı bilikləri, diatomların öz-özlərinə qazanmaları qeyri-mümkündür.


Diatomlara, digər canlıların oksigen ehtiyaclarını qarşılamaq üçün lazım olan çoxalma sürətini və üsulunu ilham edən "iradə sahibi" var. Bu iradə sahibi; hər şeyin sahibi olan, hər şeyə gücü çatan, bütün canlıları yönləndirən, görmələri lazım olan işləri onlara ilham edən uca Rəbbimizdir.

 

  • İnsanların istifadə etməsi üçün yaradılmış ideal xammal

Diatomların öz qidaları da bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Bu canlılar fotosintez sayəsində əmələ gətirdikləri kiçik yağ hissəcikləri formasındakı qidalarını hüceyrələrində saxlayarlar. Bu kiçik yağ hissəcikləri zamanla bir yerə toplanar, geoloji və bioloji qüvvələrin də təsiriylə neft ehtiyyatlarının yaranmasına səbəb olarlar. Hazırda istismar etdiyimiz neft ehtiyyatının böyük hissəsi, ibtidai-icma quruluşu dövründə dənizlərdə ölən diatomlar sayəsində əmələ gəlmişdir.


Şimali Sakit okean və Antarktik okeanının (Cənub okean) təxminən 30 mln. km2-lik sahəsinin dibi ölü diatom təbəqələri ilə örtülmüşdür. Bu təbəqələr zamanla daşlaşaraq diatomit yosunları meydana gətirər. Diatomit yosunlar sənayedə istifadə olunarlar. Diatomit yosunlar yüngül çəkiləri və məsamələrindən ötrü, ideal filtr quruluşuna malikdirlər. Bu xüsusiyyətlərinə görə kosmos sənayesində istifadə oluna bildikləri kimi, həşərat əleyhinə dərmanların istehsalından mastika (tr. boya dolgusu) hazırlanmasına qədər fərqli məqsədlərlə də istifadə olunurlar.


İnsanların bir çoxu diatomların varlığından və nə fayda verdiklərindən belə xəbərsizdir, lakin bu vəziyyət, diatomların canlıların yaşaması üçün kəsb etdikləri əhəmiyyəti dəyişdirməz. Diatomlar xüsusi olaraq yaradılmış canlılardır və yer üzündəki müxtəlif tarazlıqların təmin edilməsində əhəmiyyətli rola malikdirlər.


Bu canlıların xüsusi kimyəvi əməliyyatlar yerinə yetirərək, mükəmməl gözəlliyə və arxitektur formaya sahib qabıqlar əmələ gətirməsi isə, Allahın insanlar üçün yaratdığı gözəlliklərdən biridir. Tanıdığımız və tanımadığımız canlıların sahib olduqları bu kimi xüsusiyyətlər, Allahın sonsuz gücünü daha yaxşı qavramaq üçün bir vəsilədir. Allah bir ayədə belə buyurur:

 

Sizin üçün yerdə olanların hamısını yaradan Odur... (Bəqərə surəsi, 29)

Geri