Dəniz altındakı mühəndislər

Hazırkı dövrdə müasir sualtı gəmilərin istehsalı üçün qabaqcıl texnologiyalardan istifadə edilir və bu sahədə çox sayda ixtisaslaşmış mühəndis və elm adamı işləyir. Məqsəd; su altında daha çox qala bilən, daha az enerji ilə, daha çox hərəkət edə bilən maşınlar meydana gətirməkdir. Belə ki, görülən bütün işlərə və səfərbər edilən imkanlara baxmayaraq, hazırkı dövrdə su altı gəmilər yalnız suyun altında hərəkət edə bilir və lazım gəldikdə qalxıb enə bilirlər.
Bütün bunlarla yanaşı sualtı gəmilər suların dərinliklərindəki təzyiqdən zərər görməmək üçün, çox möhkəm metallardan emal edilməlidir. Həmçinin dəniz dibində hərəkət edən bu vasitələrdə yaşaya bilmək üçün, onların olduqca böyük hissəsi ehtiyac duyulan vəsaitlərlə doldurulmalıdır. Dolayısilə sualtı gəmilərin, su altındakı hərəkət qabiliyyətləri məhduddur. Bu mövzudakı işlər davam etdirilir, problemlər həll edilməyə, bu gəmilərin hazırlanmasında istifadə edilən texnologiya inkişaf etdirilməyə çalışılır. Ancaq burada çox əhəmiyyətli bir xüsus nəzərə alınmalıdır.


Dənizin altında yaşayan çox sayda və növdə canlı var. Bu canlılar da təzyiqə məruz qalır, qidalanma, müdafiə kimi ehtiyaclarını dəniz altında ödəyirlər. Ancaq yuxarıda sualtı gəmilər üçün saydığımız heç bir problem, dəniz canlıları üçün problem təşkil etməz.
Ən kiçik balıqdan ən böyük balinaya qədər bütün dəniz canlıları üstün manevr qabiliyyəti ilə asanlıqla hərəkət edər, bədən ağırlıqlarından məharətlə istifadə edərək ən yüksək səviyyədə üzər və asanlıqla qidalanarlar. Bunun səbəbi hər cins balığın üzmə sisteminin mükəmməl şəkildə dizayn olunmasıdır. Üzgəclərinin yeri xüsusi olaraq seçilmişdir, quyruq forması, qəlsəmələrin böyüklüyü, dərilərindəki girinti və çıxıntıları ehtiyaclarını ən mükəmməl şəkildə təmin edəcək keyfiyyətdədir.


Sonrakı səhifələrdə veriləcək nümunələrdən də görüləcəyi kimi, canlılardakı dizayn mükəmməldir. Təzyiq, qidalanma, tənəffüs, müdafiə kimi ehtiyaclarının hamısını asanlıqla ödəyəcəkləri sistemlər bədənlərində ilk yarandıqları andan etibarən vardır. Bunun əksi bir vəziyyətdən söhbət gedə bilməz, çünki bu canlıların əskik sistemlərlə dəniz altında yaşamaları qeyri-mümkündür.
Bu isə bizə, dəniz altındakı canlıların bir anda əskiksiz şəkildə yarandıqlarını, yəni hamısını Allahın yaratdığını sübut edir.

 

 

Balıqların yüksək effektli üzmə taktikaları

Demək olar ki, bütün maşınlar sabit ox ətrafında, sabit dönmə sürətində hərəkət edən və val adlanan hissələr vasitəsilə enerji meydana gətirərlər. Heyvanlar da enerji meydana gətirərlər, ancaq onların işləmə sistemi maşınlardan çox fərqlidir. Heyvanların bütün bədənləri qan damarları və sinirlərlə əhatə olunmuşdur. Bundan ötrü də, maşınlardan olduqca mükəmməl dizayna sahib olan və irəli-geri hərəkət edən manivelaya bənzəyən strukturlar sayəsində hərəkət edərlər. Canlıların enerji meydana gətirən mühərrikləri, yığılıb-genişlənmə xüsusiyyətinə malik əzələləridir.


Bu mühərriklərin bir nümunəsinə su canlılarından rast gəlmək mümkündür. Su altında yaşayan canlılardakı hər bir manivela bir-birinə elə bağlanmışdır ki, hərəkət tək müstəvidə baş verir. Bu hərəkəti balıqların suda üzmələrini düşünərək gözünüzdə canlandıra bilərsiniz. Balığın onurğası, yerdə qıvrılaraq hərəkət edən ilan kimi daim sağa-sola doğru qıvrılır.


Bir balığın üzə bilməsi üçün quyruğunu yelləməsi kifayətdir. Normalda quyruq bir tərəfə büküldüyü vaxt, balığın bədəninin ön tərəfi arxa tərəfinin tam əksi istiqamətində və eyni dərəcədə dönməlidir. Ancaq belə olmaz. Çünki balıqların bədənlərinin ön tərəfi bu təsiri yox edəcək şəkildə yaradılmışdır.


Həmçinin su, hərəkət əsnasında baş tərəfə şaquli qüvvə ilə təsir edər. Bütün bunlar baş hissənin su içində, quyruq hissəsinə nisbətən daha az yırğalanmasına səbəb olar. İki tərəf arasındakı bu fərq balığın su içindəki hərəkətini təmin edər.
Balığın irəli doğru hərəkət etmə sürəti, üzgəcin balığın onurğasından keçən xəyali oxun sağına və soluna gediş-gəliş sürəti ilə birbaşa əlaqəlidir. Üzgəc həmin bu xəyali oxa yaxınlaşdıqda sürət artar, uzaqlaşdıqda isə azalar.

 

  • Maksimum səmərəli bir sistem

Görəsən bu sistem nə qədər səmərəlidir? Yellənən bir quyruq, sualtı mühərriklərlə müqayisə olunsaydı necə bir nəticə alınardı?
Kembric Universitetindən Prof. Richard Bainbridge və yoldaşları sualtı kamera vasitəsilə apardıqları müşahidələrlə bu suallara cavab axtarıblar.


Müşahidələr, su altında sakit vəziyyətdə dayanan bir balığın qorxudulduğu vaxt fövqəladə sürətlə hərəkətə keçə biləcəyini göstərmişdir:
Kiçik bir şirin su balığı, sakit dayandığı vəziyyətdə 1 saniyədə öz bədənindən 10 dəfə uzun məsafəyədək irəli sıçraya bilər. 20 sm. uzunluğundakı bir balığın çata bildiyi sürət isə, saatda təxminən 8 kilometrdir. Balıq böyüdükcə sürəti də artar. Prof. Bainbridge, 32 sm. uzunluğundakı bir balığın uzunmüddət 13 km/saat sürətlə hərəkət etdiyini müşahidə etmişdir. Bu sürət balığın quyruğunu yelləmə intensivliyi ilə düz mütənasibdir. Bir balıq quyruğunu qısa müddətdə nə qədər çox yelləsə sürəti də o qədər artar.
Balıqlar üzərkən xeyli güc sərf edərlər. Ancaq ani sürətlənmənin balıqlar üçün həyati mənası var; çünki həm ovlanmaq, həm də yırtıcı canlılardan qaça bilmək üçün buna ehtiyacları var.


Bəzi kiçik balıqlar, sakit vəziyyətdən maksimum sürətlərinə saniyənin beşdə bir hissəsi qədər qısa müddətdə çata bilərlər. Bu əsnada meydana gətirdikləri itələmə qüvvəsi öz ağırlıqlarının 4 misli qədər olmaqdadır.


Bu məlumatların nə məna ifadə etdiyini tam olaraq anlamaq üçün, belə bir müqayisə aparaq: Yarış maşınları 0 km/saat sürətdən 100 km/saat sürətə 4-6 saniyə müddətində çatarlar. Maksimum sürətlərinə çata bilmək üçün, daha da çox vaxta ehtiyacları var.
Bütün bunlarla yanaşı, çox mühüm bir xüsus da nəzərə alınmalıdır. Balıqlar bu üstün performanslarını həm suyun içində reallaşdırır, həm də bəzi növləri axına müqavimət də göstərir. Suyun müqavimətinin havadan daha çox olduğu düşünüldüyü təqdirdə, balığın olduqca üstün performansa sahib olduğu asanlıqla aydın olacaq.


Bu mövzudakı ən gözəl nümunə, şübhəsiz ki, qızılbalıqlardır.
Dənizə açılan qızılbalıqlar nəsillərini, ancaq doğulduqları çaya çata bildikləri təqdirdə, orada yumurtlayaraq davam etdirə bilərlər. Bundan ötrü də, qızılbalıqlar, yumurtlama yerlərinə çata bilmək üçün, daima çayın mənbəyinə doğru, yəni axına qarşı üzməlidirlər. Bu vaxt qarşılarına çıxan şəlalələri də keçməlidirlər. Bunun üçün də, qızılbalıq, olduğu yerdən təxminən 4 metr qabağa, su səviyyəsindən də 2 metr yuxarıya sıçramaq məcburiyyətindədir. Belə bir sıçrayış əsnasında qızılbalıqların sudan çıxma sürəti saatda 24 kilometrə çatır. Bu sıçrayışdan sonra düşmək bir çox canlı üçün ölüm deməkdir. Lakin qızılbalıq heç bir zərər çəkmədən düşdüyü yerdən yoluna davam edər. Əlbəttə ki, qızılbalıqlar belə sıçrayışlar edə biləcəkləri əzələ və skelet quruluşuna sahib olmasalardı yaşaya bilməzdilər. (Ətraflı məlumat üçün baxın. Qızılbalıqların təəccüb oyandıran istiqamət təyinetmə sistemləri başlığı)

 

  • Balıqların bütün istiqamətlərə hərəkəti necə təmin edilir?

Məlum olduğu kimi balıqların suyun içində yalnız irəli-geri hərəkət etməzlər. Suyun içində aşağı-yuxarı hərəkət edə bilməyən bir balıq yaşaya bilməz. Bu problem də balıqlarda yaradılan başqa bir dizayn vasitəsilə həll edilmişdir.
Balıqların bədənlərində hava kisələri var. Bu kisələr sayəsində dərinliklərə enə bilər və ya suyun səthinə doğru çıxa bilərlər. Balıq dərinliklərə endiyi vaxt, suyun ona göstərdiyi fiziki təsirlər də dəyişər. Müxtəlif dərinliklərdə dəyişən bu şərtlərə uyğunlaşma, hava kisəsindəki qazın azaldılıb, çoxaldılmasıyla təmin edilər.


Bunlarla yanaşı balıqların ağırlıq mərkəzləri də, ümumiyyətlə hava kisələrindən keçəcək şəkildə yaradılmışdır. Beləliklə də, tarazlığı pozulduğu vaxt balıq, çox kiçik üzgəc hərəkətləriylə yenidən tarazlığını bərpa edə bilər və ya istədiyi vəziyyətdə dayana bilər.

 

  • Sürtünməyə mane olan xüsusi dəri

Balıqların əksəriyyətinin bədənləri olduqca dözümlü dəri ilə örtülmüşdür. Bu dəri, yuxarı və aşağı olmaqla iki təbəqədən ibarətdir. Yuxarı dəri təbəqəsində selikli maye (mukus) ifraz edən vəzlər var. Mukus sürüşkən və ya yapışqan quruluşa malik olub, balığın su içindəki hərəkəti əsnasında sürtünməni ən aşağı səviyyəyə endirməyə fayda verir. Dolayısilə balıqlara daha sürətli hərəkət etmə imkanı verir. Həmçinin sürüşkənlik xüsusiyyətiylə də balığın düşmənləri tərəfindən tutulmasını çətinləşdirir. Mukusun digər bir xüsusiyyəti isə, heyvanı xəstəlik törədən orqanizmlərə qarşı qorumasıdır.


Bundan başqa balıqların yuxarı dəri təbəqəsində keratin bənzəri bir təbəqə də var. Bu təbəqə suyun bədənə daxil olmasına mane olaraq, balığın bədənindəki daxili təzyiqlə xarici mühit təzyiqinin tarazlanmasını təmin edər. Əgər bu təbəqə olmasaydı, içəriyə suyun daxil olması nəticəsində balığın bədənindəki təzyiq balansı pozulacaq və balıq öləcəkdi.


Göründüyü kimi balıqların sudakı hərəkətini asanlaşdıran bir çox sistem bir yerdədir. Bu sistemlər müxtəlif funksiyalara malik olub, müxtəlif şəkillərdə dizayn olunmuşdurlar. Ancaq biri olmadan digəri heç bir işə yaramır və hər hansı biri çatışmadıqda canlı ölür.
Məsələn, mukus mayesi həm müəyyən dərəcədə sürüşkən, həm də müəyyən dərəcədə yapışqan xüsusiyyətdə olmalıdır. Eləcə də mikrob öldürücü xüsusiyyətə malik olmalıdır. Bütün bunların təmin edilməsi və bunların nəhəng kimyəvi zavodlarda deyil, əksinə balığın dərisi altındakı bir neçə millimetrlik təbəqədə meydana gətirilməsi, əlbəttə ki, böyük möcüzədir. Böyük elm və qüdrət tələb edən bu xüsusiyyətlər, bizə, balıqları Allahın yaratdığını sübut edən dəlillərdəndir. Allah, gücünün sonsuzluğunu bir ayədə belə bildirir:

 

Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona könüllü surətdə baş əyir. Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da dərhal olar... (Bəqərə surəsi, 116-117)

 

 

Balıqlardakı bənzərsiz duyğu sistemi

Yüzlərlə insanın ibarət izdihamlı mühitdə olduğunuzu təsəvvür edin. Hər kəsin dayanmadan sağa-sola doğru qeyri-ixtiyari şəkildə hərəkət etməsi tələb olunsun, özü də qaranlıqda... Heç kəsə toxunmadan hərəkət edə bilərsinizmi? Şübhəsiz ki, xeyr!
Bizim edə bilmədiyimiz bu hərəkətlər balıqlar üçün çox asandır. Çünki balıqlar "yan xətt" adlandırılan mükəmməl duyğu sistemi ilə birlikdə yaradılıblar. Bu sistem, bədənin hər iki tərəfində uzunasına uzanan nöqtələr və ya qırıq xəttlər şəklindədir. Sistemin duyğu hüceyrələri, dəri altındakı bir kanal içində yerləşir.


Xarici mühitdə yarana biləcək ən kiçik təzyiq dəyişikliyi, su dalğalanması, axın şiddəti və istiqaməti, yan xəttlər sayəsində dərhal hiss edilər. Quruda yaşayan heyvanların əksinə balıqlar duyğularından, suyun təzyiq dalğalarını və kimyəvi maddələri hiss etmək xüsusiyyətindən istifadə edərlər. Balıqlar özünəməxsus bu duyğuları vasitəsilə titrəyişləri yarı hiss edə və yarı eşidə bilərlər. Bu sayədə bir düşmənin və ya maneənin varlığından onu hələ görmədən xəbərdar ola bilərlər. Ovlarının və ya düşmənlərinin yerinə müəyyənləşdirə bilər, su axınlarında istiqamətlərini tapa bilərlər. Yan xətt xüsusilə yaxın yerdən gələn aşağı tezlikli titrəyişlərə həssasdır. Bu sayədə balıqlar sahildə atılan addımlardan və ya suyun səthinə düşən cismdən belə dərhal xəbərdar olar və buna görə tədbir alarlar.
Sahildə danışa və mahnı söyləyə bilər və ya radioyaya qulaq asa bilərsiniz. Çünki balıqlar bunlardan ötrü ürkməyəcəklər. Lakin su ilə təmasda olan bir şeyi hərəkət etdirsəniz; məsələn, gəmilərin yanalması üçün inşa edilən körpünü silkələsiniz və ya suya daş atsanız bütün balıqlar yox olar.


Yaxınlıqdakı obyektlər özlərinə çatan dalğanı geriyə əks etdirərlər. Beləliklə də, bir dalğanın sahili döyüb geri qayıtması kimi, geriyə qayıdan dalğalar çox kiçik fasilələrlə balığın bədəninə çatarlar. Bu vaxt balıqdakı yan xəttlər aradakı fərqi analiz edər və balıq əldə edilən məlumatdan geriyə qayıdan dalğalar vasitəsilə ətrafındakı görünüşü qəbul edər. Balıq daha sürətli üzərək və daha çox dalğa meydana gətirərək daha çox məlumat toplaya bilər.


Sistem dərindən analiz apara biləcək qədər mükəmməl işləyir. Məsələn, Meksika tetrası və ya kor mağara balığı (lat. astyanax mexicanus) adlanan balıq, yaşadığı mağaranın qaranlığında, ətrafını yalnız yan xəttləri vasitəsilə görə bilər. Gözləri olmadığı halda, sancaq başından daha kiçik obyektləri görə bilər.


Xüsusilə görmə məsafəsinin az olduğu sularda, bir-birinə yaxın sıx qruplar halında üzən balıqlar da, sürətli manevrləri hiss etmək üçün yan xəttlərindən faydalanırlar.


Balığın bu duyğu orqanı olduqca mürəkkəb quruluşdadır. Əlbəttə ki, belə bir duyğu sisteminin qeyri-ixtiyari təsadüflərlə, müəyyən zaman kəsiyində mərhələli şəkildə əmələ gəlməsi qeyri-mümkündür. Həmçinin sistemin tam surətdə bir anda yaranması da balığın yaşaması baxımından zəruridir. Bu vəziyyət də, balıqların təkamülçülərin iddia etdikləri kimi mərhələli dəyişikliklərlə baş verən təkamül prosesi ilə yaranmadıqlarını, Allahın onları tam və mükəmməl şəkildə yaratmış olduğunun digər bir göstəricisidir.

Geri