Canlılarda bənzərsiz dizayn nümunələri var

Əvvəlcə bayquşların səssiz uçuşlarını ələ alaq. Bayquşların gecənin səssizliyində özlərini bəlli etmədən ovlarına necə yaxınlaşa bildikləri barəsində elm adamları müxtəlif araşdırmalar aparıblar. ABŞ Hərbi Hava Qüvvələrinin "radardan yayına bilən təyyarələr layihəsi" çərçivəsində apardığı tədqiqatlar bayquşlardaki bənzərsiz qanad dizaynını ortaya çıxarmışdır.


Digər quş növlərinin qanad tüklərinin kənar hissələri kəskindir. Bayquşların tükləri isə bunun tam əksinə nazik, amma kəskin olmayan dizayna malikdir. Bu xüsusi dizayn sayəsində gecələr ova çıxan bu canlı tam səssiz halda uça bilir.


NASA-nın Langley Tədqiqat Mərkəzində işləyən elm adamlarının verdikləri açıqlamalara görə, bayquş yumşaq kənarlı tüklərə sahib qanadları, hava axınlarının turbulentliyinin, yəni gurultunun qarşısını alır. Hərbi dizaynerlər isə, bayquş qanadlarını təqlid edərək, radardan yayına bilən təyyarələrin səmada görünməz şəkildə uçmasına nail olmağın yollarını axtarırlar.


İndi isə uçan canlılar və təyyarələr arasında sadə bir müqayisə aparaq:
Dünyanın ən işlək hava limanlarında gün ərzində təxminən hər 2 və ya 3 dəqiqədən bir təyyarələr havalanır və enir. Bu intensivlikdəki uçuşlara nəzarət, enən və ya havalanan hər təyyarənin öz aralarında 4-5 kilometr məsafə qoymaları ilə təmin edilər. Lazım olan minimum təhlükəsizlik məsafəsi təyyarənin böyüklüyü və manevr qabiliyyəti kimi xüsusiyyətləri əsasında tənzimlənilir.


Bəs təyyarələrdən daha çox enib-qalxan və bəzi hallarda yüzlərləsi bir yerdə yaşayan quş dəstələrində bu nəzarət və təhlükəsizlik necə təmin edilir?

Sahillərdə yaşayan çovdarçıkimiləri götürək. Bu quş növü enərkən öz uzunluğundan yalnız bir neçə dəfə artıq təhlükəsizlik məsafəsi qoyur. Buna baxmayaraq, çovdarçıkimilərin uçuş sürətləri saatda 30-40 km-dən artıqdır. Ancaq bu sürətə və qısa təhlükəsizlik məsafəsinə baxmayaraq, çovdarçıkimilər rahatlıqla enib-qalxa bilirlər.

Bu üstün uçma qabiliyyəti xüsusi mühəndislik hesablamaları tələb edir. Hələ də təyyarələrdə belə bir manevr qabiliyyəti yarada bilməyiblər. Uzunmüddətli tədqiqatlar nəticəsində yüksək manevr qabiliyyətinə malik, bəzi uçuş aparatları istehsal olunmuşdur. Lazım gəldikdə havada asılı halda qalan və şaquli halda enib-qalxa bilən vertolyotlar istehsal edilmişdir. Ancaq yenə də bu aparatların uçuş və manevr qabiliyyətləri təbiətdəki canlıların bənzərsiz xüsusiyyətləriylə müqayisədə geridə qalır.


Canlıların bədənlərində insanların dizayn edə biləcəyindən olduqca mükəmməl strukturlar var. Canlıların tək bir strukturlarını məsələn, qanadlarını ələ aldığımızda belə, mükəmməllik dizayna malik olduqları açıq şəkildə görülür. Bu bənzərsiz dizayn necə meydana gəlmişdir? Necə olub da bayquş qartalınki kimi gurultulu səs çıxardan qanadlara deyil, əksinə gecələr ovlanmasını təmin edəcək xüsusiyyətdəki səs çıxartmayan qanadlara sahib olmuşdur? Necə olub da bir ilan gecə qaranlığında temperaturdan istifadə edərək ovunun yerini tapa bilir? Canlıların bədənlərinə mühəndislərin nümunə götürdüyü bu mürəkkəb sistemləri kim yerləşdirmişdir?


Bu kimi suallara təkamülçülərin verəcəkləri cavab; zamanla baş verən təsadüfi dəyişikliklər nəticəsində, yəni "mərhələli inkişaf" sayəsində canlıların bugünkü xüsusiyyətlərini qazanmları olacaqdır. Ancaq bu iddianın mənasızlığı, həm ağıl və məntiq çərçivəsində düşünüldükdə, həm də elmi həqiqətlərə baxıldıqda açıq şəkildə ortaya çıxır. Təsadüflər nəticəsində meydana gəldiyini və yenə təsadüflər nəticəsində birləşdiklərini iddia etdikləri hüceyrələrin, belə mükəmməl strukturu öz-özlərinə əmələ gətirmələri qeyri-mümkündür. Bu, hamısı bir mühəndislik əsəri olan nəhəng göydələnlərin və ya körpülərin təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək qədər, ağılsız və məntiqsiz bir iddiadır.


Milyardlarla hüceyrədən ibarət canlıların tək bir hüceyrələrinin belə təsadüfən yaranması qeyri-mümkündür. Hüceyrə o qədər mürəkkəb quruluşa malikdir ki, müasir texnologiyalar vasitəsiylə belə, hələ də bir hüceyrə yarada bilmir. Süni üsullarla hüceyrə yaratmaq üçün aparılan bütün fəaliyyətlər müvəffəqiyyətsizliklə nəticələnmişdir. Dolayısilə təbiətdəki buna bənzər saysız dizayn nümunəsinin göstərdiyi açıq-aydın həqiqət budur: Bütün canlıları, ən incə nöqtəsinə qədər, sonsuz elm və güc sahibi olan Allah dizayn etmiş və onları mükəmməl və bənzərsiz şəkildə yaratmışdır. Təkamülçülərin içində olduqları bu vəziyyət barəsində düşünülməli və bundan ibrət alınmalıdır.
Kiçik bir böcəyin, bir balığın və ya bir quşun bədənində insanların planlaşdıra biləcəyindən xeyli üstün dizayn nümunələri olması, bizə tək bir həqiqəti göstərir. Canlılardakı mükəmməl texnologiyalar, onların yaradılmış olduqlarına dəlildir. Təbiətdəki bu bənzərsiz dizayn nümunələri uca Allahın əsəridir. Allah bir ayədə belə buyurur:

 

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”. (Rad surəsi, 16)

 

Bu saytın hazırlanma məqsədi; təbiətdə milyonlarla ildir ki, dəyişmədən qalan mükəmməl dizayn nümunələrini yenidən, fərqli nöqteyi-nəzərdən gözlər önünə sərərək Allahın sonsuz gücə malik olduğunun başa düşülməsinə vəsilə olmaqdır.

Geri